Ölkə

Şəhid polkovnikin xanımı: "Heç bir vəzifəyə təyinat almamışam" - YENİLƏNİB - FOTO

28 Aprel 2017 13:03
8 Şərh     Baxış: 5 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:03

Ötən ilin "Aprel döyüşləri"ndə şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində vəzifəyə təyin olunması ilə bağlı yayılan xəbər haqda açıqlama verib.

Milli.Az-ın modern.az-a istinadən məlumatına görə, S.Orucova bildirib ki, o, Dövlət Komitəsində heç bir vəzifəyə təyinat almayıb. O, xəbəri dəqiqləşdirmədən onu ictimailəşdirən jurnalistlərdən də narazılıq edib:

"Mən 9 aydır komitədə işləyirəm. Amma komitənin Gender siyasəti və qadın problemleri şöbəsində aparıcı məsləhətçini əvəz edirəm. Yəni daimi işim deyil. Heç bir vəzifəyə təyinatdan söhbət getmir. Güman edirəm ki, özünü jurnalist sayan kimsə məni komitədə görüb, sanki, partlayış baş veribmiş kimi bunu dərhal ictimailəşdirib".
 
Şəhid xanımı baş verənlərə təəssüfləndiyini vurğulayıb:
"Bəzi saytlarda "Şəhidin arvadına vəzifə verildi" başlıqlı xəbər yazılıb. Heç olmasa şəhidin adına hörmət edin. Arvadı nədir?"

----------

09:34

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun arvadı Sevinc Orucovaya (Əlizadə) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində vəzifə verilib.

Milli.Az femida.az-a istinadən xəbər verir ki, Sevinc Orucova Komitənin Gender Siyasəti ve Qadın Problemleri Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin olunub. 

Komitənin İnformasiya Şöbəsindən faktı  təsdiqləsələr də, vəzifə haqqında ətraflı məlumat verilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.