Ölkə

Xaçmazda qasırğa - Ağac evin üzərinə aşdı, binaların damı uçdu - YENİLƏNİB - VİDEO - FOTO

28 Aprel 2017 13:36
2 Şərh     Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:36

Ötən gün günorta saatlarından başlayan güclü külək Xaçmaz rayonunda ciddi fəsadlar törədib.

Milli.Az ARB Şimal-a istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində yerləşən iki beşmərtəbəli yaşayış binasının damını külək uçurub. Dam örtüyünün hissələri həyətdəki 3 avtomobilin üzərinə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Rayonun Ağtala kəndində külək yarımtikilini və daş hasarı uçurub. Dağılan yarımtikilinin altında qalan iki avtomobilə ciddi ziyan dəyib.

Qıraqlı kəndində isə qovaq ağacı kənd sakini Səlim Hacıyevə məxsus evin üzərinə düşüb. Həmin vaxt ailə üzvləri evdə olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Bununla belə, aşan ağac evin bir hissəsini dağıdaraq, əşyaları yararsız hala salıb.
Güclü külək nəticəsində rayonun elektrik təsərrüfatını da ziyan dəyib. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Xaçmaz-Quba və Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində 10-a yaxın ağac qırılaraq yola düşüb.
Hazırda güclü külək əsməkdə davam edir.

----------

09:29

Güclü külək Xaçmaz rayonunda  bir sıra fəsadlar törədib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, Xaçmaz şəhəri, Nəriman küçəsində yerləşən 74 saylı 5 mərtəbəli yaşayış binasının damını külək uçurub. Hadisə zamanı xəsarət alan olmayıb.
 
Güclü külək nəticəsində rayonun elektrik təsərrüfatına da ziyan dəyib, bəzi ərazilərdə ağaclar aşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Xaçmazda qasırğa - Ağac evin üzərinə aşdı, binaların damı uçub

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.