Ölkə

Nazirdən idman zallarındakı təhlükə ilə bağlı XƏBƏRDARLIQ: "Sağlamlığa ciddi ziyan vurur"

27 Aprel 2017 17:31
Baxış: 1 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İdman zallarında satılan əlavələr insanların sağlamlığına ciddi ziyan vurur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, idman zallarında məşq edən adi insanlar da orada müxtəlif kimyəvi əlavələrdən istifadə edirlər: "Əgər o əlavələr qanunda öz əksini tapmayıbsa, biz qanuna dəyişikliklər etməliyik. Bu bizim gənclərimizin sağlamlığı üçün zəruridir. O əlavələrin tərkibində müxtəlif proteinlər var ki, insanlar onlardan istifadə edirlər, sonra da sağlamlıqlarına ciddi ziyan dəyir. Biz istəməzdik ki, həmin zallarda məşq edən insanlara keyfiyyətsiz məhsullar satılsın".

Nazir qeyd edib ki, son vaxtlar bütün idman zallarında xüsusi vitrinlər qoyulub və belə kimyəvi əlavələr satılır: "Əksəriyyəti də çalışır ki, ucuz alıb baha satsın. Ucuz malın da keyfiyyəti olmur, sağlamlığa ciddi ziyan vurur. Yəni biz ancaq peşəkar idmançıları deyil, sadəcə məşq edən, idmanı sağlam həyat tərzi kimi qəbul edən insanları da qorumalıyıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.