Ölkə

Bacısını boğaraq öldürən şəxsə HÖKM OXUNDU

27 Aprel 2017 17:04
2 Şərh     Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rafael Yolçuyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, R. Yolçuyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, qətl hadisəsi bu ilin yanvarında Şamaxı şəhərində baş verib. 1977-ci il təvəllüdlü rayon sakini Rafael Yolçuyev ailə münaqişəsi zəminində 1981-ci il təvəllüdlü bacısı Yasəmən Arzuxanovanı boğaraq öldürüb.
 
Rəfael Yolçuyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.