Ölkə

Bakıda qayda pozan sürücülər - VİDEO

27 Aprel 2017 17:12
0 Şərh     Baxış: 1 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qayda pozan daha bir neçə sürücü kameraya düşüb.

Milli.Az xəbər verir ki, həmin görüntülər avtosfer.az-a oxucular tərəfindən göndərilib.

Özünü başqalarından üstün tutaraq qayda pozanların görüntülərindən aydın olur ki, hər üç video Bakıda çəkilib. Belə ki, Əhməd Rəcəbli küçəsində 90-UX-255 qeydiyyat nişanlı "Honda CRV" markalı avtomobilin sürücüsü yolayrıcında sol zolaqdan sağa dönərək digər sürücülərə qəza şəraiti yaradıb. Qanunda qeyd olunub ki, sağa və ya sola dönən sürücü dönməmişdən əvvəl müvafiq kənar vəziyyət seçməlidir.

10-DE-002 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü isə yolda tıxacın olduğunu görərək əks istiqamətli hərəkət zolağına çıxıb yüksək sürətlə hərəkət edib.

Nobel prospektində ("Nargilə" kafesinin qarşısında) zolaqda düzünə hərəkət təşkil olunmasına baxmayaraq 10-PS-515 qeydiyyat nişanlı "Pejo"nun sürücüsü eyni vaxtda bir neçə kobud qayda pozur. O,əvvəlcə 1.1 xəttini tapdalayır, sonra sağ zolaqdan birbaşa sola - Ramiz Quliyev küçəsinə dönərək qarşıdan gələn avtomobillərə birbaşa təhlükə yardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda qayda pozan sürücülərimiz

Bakıda qayda pozan sürücülərimiz -1

Bakıda qayda pozan sürücülərimiz -2

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.