Ölkə

Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsi QADAĞAN edilsin - TƏKLİF

27 Aprel 2017 13:54
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclis sədrinin müavini Bahar Muradova təhsil müəssisələrinə yaxın ərazilərdəki ictimai iaşə obyektlərində qəlyan çəkilməsinin qadağan edilməsini təklif edir.

Mili.Az Trend-ə istinadən xəbər verir ki, "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi" mövzusunda keçirilən tədbirdə çıxış edən B.Muradova deyib ki, təhsil müəssisələrinə yaxın yerlərdəki qapalı müəssisələrdə qəlyan çəkilməsi qadağan edilməlidir.

Onun sözlərinə görə, bununla bağlı "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə əlavələr edilməlidir:

"Təhsil müəssisələrinin ətrafı ictimai iaşə obyektləri ilə dolu olur. Yeniyetmə gənclər həm dərsə gələndə, həm dərsdən çıxanda elə yerlərə maraq göstərirlər. Bu gün yeniyetmələrin sulu qəlyana marağının olduğunu kimsə inkar edə bilməz. Ona görə də tək qapalı məkanlarda qəlyanın çəkilməməsi məsələsi ilə kifayətlənməməliyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.