Ölkə

Metroda həyəcanlı anlar - Qatar tuneldə qaldı - YENİLƏNİB

27 Aprel 2017 10:15
4 Şərh     Baxış: 5 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:15

Məsələyə aydınlıq gətirən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Milli.Az-a bildirib ki, gecikməyə səbəb qatarlardan birində yaranmış nasazlıq olub:

"Bu gün səhər "Dərnəgül"-"Həzi Aslanov" xətti üzrə hərəkət edən 24 saylı qatarda problem yaranıb və yolda dayanıb. Həmin qatarın xətdən çıxarılması bir qədər vaxt aldığından o biri qatarların qrafikinə də təsir edib, gecikmə olub. Amma artıq nasaz qatar xətdən çıxarılıb, digər qatarların hərəkəti tam bərpa edilib. Düzdür, xətdə bir qədər ümumi gecikmə var, amma artıq heç bir ciddi problem yoxdur, normal hərəkət təmin edilib".

----------

09:36

Bakı metrosunda qatar tuneldə qalıb, sərnişinlər həyəcanlı anlar yaşayıblar.

Milli.Az xəbər verir ki, bu gün səhər saat 9:15-də "Həzi Aslanov"-"İçərişəhər" xətti üzrə hərəkət edən qatar "28 May" və "Sahil" stansiyaları arasında olarkən tuneldə dayanıb. Sərnişinlər qatarın yenidən hərəkətə gəlməsini düz 7 dəqiqə gözləməli olublar.

Qatarın dayanmasının bu qədər uzun çəkməsi bəzi sərnişinləri həyəcana salıb. Maşinist səsgücləndirici ilə sərnişinləri sakitləşdirib, qorxulu heç bir hadisənin olmadığını desə də, qatarın dayanma səbəbini açıqlamayıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.