Ölkə

Kişiyə külli miqdarda pul "atan" qadın AZƏRBAYCANDAN QAÇDI - FOTO

26 Aprel 2017 17:26
1 Şərh     Baxış: 1 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda vətəndaşa külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş qadın Azərbaycandan qaçıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 1979-cu ilin 12 iyulunda Türkmənistanda anadan olmuş Azərbaycan vətəndaşı Şükürova İranə Mahmud qızı İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Azərbaycanın sərhədlərindən kənara çıxdığı üçün və istintaqdan yayındığına görə onun barəsində dövlətlərarası axtarış elan edilib.

İ.Şükürova Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərini də bilir.
 
Qeyd edək ki, Bakı sakini olan 1968-ci il təvəllüdlü Ağayev Həsrət Ağakişi oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, İranə Şükürova ondan 54 min manatlıq qızıl alıb və daha sonra pulu verməkdən boyun qaçırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.