Ölkə

Azərbaycanda körpələrə verilən qəribə adlar - Leysan, Qaroğlan, Tufanə...

26 Aprel 2017 15:52
2 Şərh     Baxış: 4 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bəzi valideynlər övladlarına təbiət hadisələri və təbiətə aid olan adlar qoyur. Son beş ildə  doğulan körpələrdən 15-nə Tufan, 18-nə Leysan, 3-nə Qaryağdı, daha 3-nə Qaroğlan adı verilib. 

Milli.Az report-a istinadən xəbər verir ki, körpələrə Orman (son beş ildə 7), Bulud (son beş ildə 31), İldırım (son beş ildə 32), Dağlar (son beş ildə 13) kimi adlar da qoyulub.

Təbiət hadisələri və təbiətə aid olan adlara üstünlük verən valideynlər daha çox Səma (son beş ildə 3868) və Yağmur (son beş ildə 3418) kimi adlara üstünlük verir.

Bundan başqa, son beş ildə körpələrə Buludxan, Buludxanım, Yağmurcan, Yağmur Nur, Yağmur Fatma, Yağmur Dərya, Şimşək, Şimşəkcan, hətta Leysanə, Tufanə kimi adlar da verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.