Ölkə

Bakının mərkəzində DƏYİŞİKLİK: Sürücülər cərimələnirlər - VİDEO - FOTO

26 Aprel 2017 13:11
3 Şərh     Baxış: 3 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, ötən gün paytaxtın Nəsimi rayonunun Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev sarayının arxasında) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılıb. Analoji işlər Bakının Nəsimi rayonunun Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində aparılıb. 
 
Yeni rəngləmədən sonra "Beş mərtəbə"dən Heydər Əliyev adına Respublika Sarayına gedən yolda, parkı keçdikdən sonra əslində sola dönməlisiniz. Ancaq çox sürücü yolun yeni rənglənməsindən xəbərdar olmadığı üçün düzünə hərəkət edir və YPX maşınları dərhal həmin sürücüləri saxlayaraq cərimələyir. 
 
Bu səbədən sürücülər sözügedən ərazilərdə diqqətli olmalıdırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakının mərkəzində DƏYİŞİKLİK: Sürücülər cərimələnir

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.