Ölkə

Qəbiristanlıqda bıçaqlanan gənc, yaralı vəziyyətdə yola çıxdı - YASAMALDA

26 Aprel 2017 10:35
1 Şərh     Baxış: 2 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, 1999-cü il təvəllüdlü Xaliqzadə Elvin Rasim oğlu Z.Kərimov küçəsində yerləşən qəbiristanlıq ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisədən sonra o, özü yaralı vəziyyətdə yola çıxaraq avtomobillərə əl edib və kömək istəyib. E.Xaliqzadə maşınlardan biri vasitəsi ilə xəstəxanaya çatdırılıb. Həkimlər çoxlu qan itirən yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.