Ölkə

“Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritetdən XƏBƏR VAR

25 Aprel 2017 16:01
3 Şərh     Baxış: 5 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah saxlama və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanov və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında S.Aslanovun 13 il, F.Əfəndiyevin isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi aprelin 28-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci ilin martında Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü S.Aslanov və F.Əfəndiyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb.
S.Aslanov kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.