Ölkə

Cocuq Mərcanlıya gediş-gəliş çox rahat olacaq - VİDEO - FOTO

25 Aprel 2017 10:00
Baxış: 1 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq strateji əhəmiyyətə malik Cocuq Mərcanlı yolunun "Azəravtoyol" ASC tərəfindən yenidən qurulması işləri sürətlə davam etdirilir.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, 2 aprel 2016-cı il döyüşləri zamanı ordumuzun bir-neçə strateji yüksəkliyi nəzarətə götürməsi ilə yaşamaq üçün təhlükəsiz yerə çevrilən Cəbrayıl rayonunun Cocuq mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi artıq son mərhələdədir.

Ümumi uzunluğu 9 km, layihə üzrə eni 12 m təşkil edən avtomobil yolunun  hazırda 8 km-ə yaxın hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Qalan hissədə isə aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə qalan hissənin də asfaltlanması nəzərdə tutulub. Ümumilikdə isə 2 qat olmaqla yolun 68 min kv.m sahəsi asfaltlanacaq.

Asfaltlanma işlərinə qədər yolun 5 km-lik hissəsində bərpa işləri, 4 km-lik hissəsində isə yenidənqurma işləri aparılıb. Tikinti işləri zamanı zəruri olan yerlərdə 9 ədəd su keçidi tikilib, 1 ədəd ikiaşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri görülüb. Sözügedən körpünün uzunluğu 24 m, eni isə 10 m-dir.

Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 1,5 metr təşkil edir.

Tikinti işləri yekunlaşandan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri də aparılacaq.

Bütün işlərin texnoloji ardıcılığa riayət edilməklə və yüksək keyifyyətlə həyata keçirilməsi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Qeyd edək ki, yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişinin rahatlaşdırmasına hesablanıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Cocuq Mərcanlı yolunun tikintisi yekunlaşmaq üzrədir

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.