Ölkə

İslamiadada qadın idmançılarımız hicab geyinəcəklər?

24 Aprel 2017 16:49
0 Şərh     Baxış: 1 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında 57 ölkədən 3 mindən çox idmançı iştirak edəcək. May ayının 12-dən 22-dək davam edəcək yarışlarda kişilərlə yanaşı müxtəlif ölkərələrdən gələn qadın idmançılar da güclərini sınayacaqlar.

İslam oyunlarında qadın idmançılar qapalı geyimləri ilə diqqət çəkirlər. İran, Səudiyyə Ərəbistanı, Pakistan və digər müsəlman ölkələrində qadınların geyimləri ilə bağlı xüsusi qadağalar mövcuddur. Yarışların hansı ölkədə keçirilməsindən aslı olmayaraq, həmin ölkələrin qadın təmsilçiləri qapalı geyinirlər.

Azərbaycanda keçiriləcək yarışlarda bütün qadın idmançılara hicab geyindiriləcək, yoxsa seçim idmançıların öz ixtiyarına veriləcək?

Milli.Az xəbər verir ki, "Bakı-2017" IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qadın idmançılar üçün xüsusi geyim nəzərdə tutulmayıb, hər idmançı təmsil etdiyi ölkənin idman federasiyasının təsdiqlədiyi geyim formasında yarışa qatılacaq.

"İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək hər bir qadın idmançı həmin idman növünün idarə edilməsinə cavabdeh olan Beynəlxalq Federasiyanın qayda və qanunlarına müvafiq olduğuna görə hicab geyinə bilər", - deyə məlumatda vurğulanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.