Ölkə

Samirə Mustafayeva "vəzifəli sevgili"sindən DANIŞDI: "Bu işi sevgili hesabına görmürəm"

24 Aprel 2017 13:06
18 Şərh     Baxış: 20 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-nin məşhur aparıcısı Vaqif Aydınoğlunun keçmiş həyat yoldaşı Samirə Mustafayeva bu gün haqqında çıxan xəbərlərə aydınlıq gətirib.

Aparıcı qadın klubu açmağa hazırlaşdığını etiraf edib:

"2012-ci ildən bəri yaxın rəfiqələrimlə bağlı kiçik bizneslə məşğul oluruq. Bu, nə mənim, nə başqalarının əsas işidir. Bu işi sevgili hesabına və tək görmürəm, onlara şərik də demək doğru çıxmaz, ən yaxın rəfiqələrimdir. Rəfiqələrimlə məsləhətləşdik ki, açılışa yaxın klubu pulla reklam edək, amma sağ olsunlar, ehtiyac olmadı".

S.Mustafayeva şəxsi həyatı ilə bağlı yayılan şayiələri təkzib edib: "Şəxsi həyatım haqqında yazılanlar həqiqəti əks etdirmir. Belə xəbərlər eşidəndə gülməyim gəlir, məni gah vergilər nazirliyində işə düzəldirlər, gah da əsassız xəbərlər yazılır. Mən artıq bir ildir efirlərdə və mətbuatda yoxam, sadə bir vətəndaşam. Xahiş edirəm ki, haqqımda bu cür xəbər yazılmasın".

Publika.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.