Ölkə

Azərbaycanda külək elektrik xətlərini dolaşdırdı, kənar əşyaları xətlərə çırpdı

24 Aprel 2017 11:04
22 Şərh     Baxış: 1 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 23-dən ölkə ərazisində baş verən güclü külək nəticəsində elektrik enerjisi təsərrüfatında yaranan bəzi problemlər aradan qaldırılır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasaında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, güclü külək nəticəsində bölgələrdə yaranmış problem dərhal aradan qaldırılır: "Aprelin 23-də axşam saatlarında cənub bölgəsində güclü külək elektrik xətlərinin dolaşmasına səbəb olub və bəzi yerlərdə xətlərdə açılmalar yaranıb. "Azərişıq" ASC-nin əməkdaşları və canlı qüvvəsi həmin əraziləri nəzarətə götürərək dərhal problemi aradan qaldırıb".

T.Mustafayev bildirib ki, külək, həmçinin ölkənin qərb və aran bölgələrində də problemlər yaradıb: "Əslində, xətlərdə problem yoxdur. Küləyin təsirindən kənar əşyaların xətlərə dəyməsi nəticəsində belə problemlər yaranır. Məsələn, evlərin, obyeklərin dam örtüklərində küləyin təsirindən qopmalar olur və xətlərə dəyir, ağaclar qırılır, xətlərin üzərinə düşür və bu cür problemlər yaranır. Bu problemlər də dərhal aradan qaldırılır".

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı isə Trend-ə açıqlamasında bildirib ki, rayonun ucqar kəndlərinə verilən elektrik enerjisində təhlükəsizlik məqsədilə qısamüddətli fasilə yaranıb: "Rayonun Qızılavar, Bədəlan, Kolatan, Türkoba kəndləri ucqar kəndlərdir və burada külək daha güclüdür. Ona görə də həmin kəndlərə səhər saatlarında təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişi dayandırılmışdı. Amma hazırda həmin kəndlər də fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Hazırda "Azərışıq" ASC-nin əməkdaşları rayon ərazisindəki elektrik xətlərini nəzarətə götürüb, yaranan istənilən problem dərhal aradan qaldırılır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.