Ölkə

Bakıda ölən direktorun son sözləri: "Evdə təkəm, pəncərə silirəm" - YENİLƏNİB

24 Aprel 2017 14:58
6 Şərh     Baxış: 10 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:58

Yıxılaraq dünyasını dəyişən məktəb direktoru Polad Hüsnü oğlu Əjdərovun ölümünün təfərrüatı bəlli olub.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən lent.az-a bildirilib ki, 1968-ci il təvəllüdlü P.Əjdərov evdə pəncərələri silərkən yaşadığı binanın 6-cı mərtəbəsindən yıxılıb. 

O, ölümündən əvvəl anası ilə danışıb və evdə tək olduğunu, pəncərələri sildiyini deyib.

Qeyd edək ki, P.Əjdərovun ürək xəstəliyindən əziyyət çəkdiyi və səhhətinə görə martın 1-də öz ərizəsi ilə işdən çıxdığı bildirilir. 

---------

11:56

Bakıda məktəb direktorunun faciəli ölümünün təfərrüatları məlum olub.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə aprelin 22-də axşam saatlarında İnşaatçılar prospekti, 33 a ünvanında baş verib.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Polad Hüsnü oğlu Əjdərov həmin ünvanda yerləşən binanın 6-cı mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq ölüb. Məlumata görə, P.Əjdərov mənzilin pəncərəsindəki toru təmir etmək istəyib. Həmin vaxt müvazinətini itirən P.Əjdərov pəncərədən yıxılıb və hadisə yerində dünyasını dəyişib.

P.Əjdərov paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 72 saylı məktəb-lisey kompleksinin direktoru olub. O, bir-neçə ildir ürək xəstəliyindən əziyyət çəkirmiş. Direktor bu il martın 1-də səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifəsindən azad edilib və yaxın günlərdə ürək əməliyyatı keçirəcəkmiş.

----------

10:58

Bakıda yıxılaraq dünyasını dəyişən Polad Əjdərov paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi 2 ünvanında yerləşən 72 nömrəli məktəb-liseyin direktoru vəzifəsində çalışıb.

Milli.Az-ın məlumatna görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovun lent.az-a bildirib ki, direktor 3-4 ay bundan əvvəl öz ərizəsi ilə işdən uzaqlaşıb.

----------

10:39

Bakıda məktəb direktoru faciəli şəkildə ölüb.

Milli.Az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İnşaatçılar prospekti, 33A ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Polad Hüsnü oğlu Əjdərov yıxılaraq ölüb.
 
Polisdən bildirilib ki, P. Əjdərov məktəb direktoru olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.