Ölkə

Gəncədə güclü külək - Gənc ölümdən döndü - FOTO - VİDEO - YENİLƏNİB

22 Aprel 2017 18:35
4 Şərh     Baxış: 2 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:35

Güclü külək Tovuzda fəsadlar törətdi

Milli.Az ARB 24-ə istinadla xəbər verir ki, günorta saatlarından başlayan güclü külək Tovuzda bir sıra fəsadlar törədib. Ağaclar aşıb,elektrik naqilləri sıradan çıxıb, bununla əlaqədər olaraq elektrik enerjisinin təminatı dayandırılıb. Kökündən çıxan ağacın yanından keçən yeniyetmə son anda faciədən xilas olub.

Şəhərin mərkəzində aşmaq təhlükəsi olan daha bir neçə ağac var. Güclü külək piyada keçidinə də ziyan vurub. Keçidin dam örtüyünün bir hissəsi yararsız hala düşüb. Bununla yanaşı bəzi yaşayış evlərinin dam örtüyünə də zərər dəyib. Aidiyyatı qurumlar fəsadların aradan qaldırılması üçün ərazilərə cəlb olunub.

Ümumilikdə Tovuz, Qazax, Ağstafa rayonlarının bəzi yaşayış məntəqələri də elektrik dirəklərinin əyilməsi və naqillərin sıradan çıxması səbəbindən işıqsız qalıb. Hidrometeoroloqların proqnozlarına görə, küləkli hava şəraiti aprelin 23-də də davam edəcək.

-----------

15:07

Bu gün səhər saatlarından əsməyə başlayan güclü külək qərb bölgəsində bir sıra fəsadlar törədib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şiddətli külək nəticəsində Tovuz rayonunda yol və parklarda ağaclar qırılıb. Tovuz, Qazax, Ağstafa rayonlarının bəzi yaşayış məntəqələri elektrik dirəklərinin əyilməsi və naqillərin sıradan çıxması səbəbindən elektrik enerjisiz qalıb. Bəzi yaşayış evlərinin dam örtüyünə də zərər dəyib.

Hazırda aidiyyatı qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

Videonu izləmək üçün şəklə klikləyin:
Gəncədə güclü külək həyəcanı - Gənc ölümdən döndü

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.