Ölkə

Azərbaycanda pulsuz çimərliklər yaradılacaq - VİDEO

21 Aprel 2017 20:51
0 Şərh     Baxış: 1 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yeni çimərliklər yaradılacaq.

Milli.Az xəzərxəbər-ə istinadla məlumat verir ki, bu haqda Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı nazirlikdə aidiyyəti qurumların nümayəndələri ilə çimərlik turizminin inkişafı məqsədilə görüş keçirilib.

Görüşdə bildirilib ki, digər turizm növləri kimi çimərlik turizminin inkişafı üçün də Azərbaycanın böyük turizm potensialı var. Lakin bəzi çimərliklər standartlara cavab vermir, aşağı səviyyədə xidmət göstərilir. Təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmur. Elə buna görə də Bakıda və bölgələrdə yeni çimərliklərin yaradılması nəzərdə tutulur.

Çimərlik turizmi ilə bağlı müvafiq standart hazırlanıb və təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub.

Nazirliyin açıqlamasına görə, vahid çimərlik mövsümünün müəyyən olunması da zəruridir.

Videonu izləmək üçün şəklə klikləyin:
Pulsuz çimərliklər yaradılacaq

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.