Ölkə

Azərbaycanlı Robinzon Kruzo: "Son mənzilim bu torpaqdır" - VİDEO - FOTO

21 Aprel 2017 20:29
1 Şərh     Baxış: 2 097

Əvvəllər yarımadada yerləşən Kürdilli kəndinin sakinlərinin əksəriyyətini burada yaşayan ruslar təşkil edib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, onlar burada azərbaycanlılarla birlikdə mehriban yaşayıblar. Ötən əsrin 80-ci illərində Xəzər dənizinin suyunun səviyyəsi qalxdığından buranın rayonla əlaqəsi kəsilib. Bir neçə ailə istisna olmaqla hər kəs köçürülüb. Adanın yeganə sakinin elə Proninlər olub. Ailənin tək üzvü Vitali Pronin adada tək tənha yaşayır. Kürdilli ən abad və yaşayış üçün şəraiti olan kəndlərdən olub. Sonradan 3 minədək əhalinin yaşadığı kənddə bəzi ailələrin evləri su altında qalıb. Kənddə salınan 1200 ha üzüm bağının 600 hektarı dənizə qərq olub. Bu illərdə ada əridiyindən onun eni 12, uzunluğu isə 20 kilometrə yaxındır. Vitali gecələri lampa işığında keçirir. Ərzaq məhsullarının alınıb gətirilməsində isə balıqçılar ona yardım göstərir. Hər tərəfi dənizlə əhatə olunmuş adada qazılmış quyuda şirin suyun çıxması isə Vitalinin işlərini asanlaşdırır.

Vitali Pronin (sakin) : "Hər gün buraya gələndə Allaha dua edirəm ki, ay Allah, məni susuz qoyma, yaşayım. Mən burada doğulmuşam. Bu torpağın çörəyi ilə böyümüşəm. Axı mən bu torpağı necə ata bilərəm? Son mənzilim də bu torpaqdır, bu adadır".

Kənddə heyvanlar dəniz suyu içir. Bundan əlavə Vitali kənddə yeni qəbiristanlıq da salıb. Köhnə qəbiristanlıq suyun altında qalanda atasının və iki qonşusunun məzarını bura köçürüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
"Azərbaycanlı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    N · 21 Aprel 20:5610

    Bâlidiyyâ ondan nâ âcâb âl çâkib ondan naloq almirlar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.