Ölkə

Metro kartını telefona toxundurduqda balans silinir? - RƏSMİ AÇIQLAMA

21 Aprel 2017 16:26
11 Şərh     Baxış: 14 579

""BakıKart"ın balansına 1 manat yüklədim, 1 dəfə istifadədən sonra balansda cəmi 20 qəpik qalmışdı.

Bu hal bir neçə dəfə təkrarlandı. Əvvəl yadımdan çıxdığını düşünürdüm, sonra daha çox diqqət etməyə başladım, həqiqətən də, karta yüklədiyim məbləğ silinirdi".

Əməkdaşlarımızdan birinin qarşılaşdığı bu məsələ çoxumuzun başına gəlib. Son vaxtlar bu cür şikayət edənlər də az deyil. Onlar əsas problemin aparatlarla bağlı olduğunu deyirlər. İddialara görə, aparatlar kartdan gediş haqqından daha artıq pul çıxır. Hər dəfə məsələ gündəmə gələndə rəsmi tərəf bunun mümkün olmadığını və kartların balansındakı məbləğin öz-özünə silinməsinin mümkün olmadığını dilə gətirir.

Lakin bu dəfə iddia fərqlidir. Belə ki, iddiaya görə kartın istifadə edilmədiyi halda balansının sıfırlanmasının səbəbi onun mobil telefon, kompüter, yeni nəsil televizorların yanına qoyulmasıdır. Bu cihazlar kartın balansındakı məbləği silir. Kartını daim mobil telefonla eyni qabda saxlayanların problemi daha çox yaşamaları məsələni aidiyyəti qurumla araşdırmağımıza səbəb oldu.
İnternet kiçik axtarışımızdan bəlli oldu ki, bu problemlə qarşılaşan və telefonla bağlı iddianı təsdiqləyənlər kifayət qədərdir. Əlbəttə, bu iddianın yanlış olduğunu düşünənlər də az deyil.

Milli.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev publika.az-a açıqlamasında kartın balansından öz-özünə pulun silinməsinin mümkün olmadığını deyib: "Telefon və digər cihazlarla yanaşı qoyulanda balansdan pul silinməsi ilə bağlı iddia kökündən məntiqsizdir. Yəni mümkün deyil. O ki qaldı kartın məbləğindən əlavə vəsaitin silinməsi iddiasına qeyd edim ki, "BakıKart" sistemi olduqca mükkəməl tərzdə qurulub. Gediş haqqı ödənilən zaman əlavə bir qəpik də olsun belə artıq vəsait silinə bilməz. Kiminsə bununla bağlı iddiası varsa, buyurub bizə müraciət eləsin kartın üzərindəki seriya nömrəsi ilə araşdıraq. Tam məsuliyyətimlə bildirirəm ki, "BakıKart" ödəmə terminallarından "BakıKart" əldə etdiyiniz andan həmin kartla həyata keçirdiyiniz bütün əməliyyatlar ən kiçik detalınadək qeydə alınır. Əgər kimsə bunun əksini iddia edirsə, buyursun problem olan "BakıKart"ı təqdim etsin araşdırıb nəticəsini təqdim edək. Ola bilər ki, siz müraciət edən bu iddanın müəllifləri kartla ödəniş edərkən nəsə yanlışlığa yol verib. Bu, istisna deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Elmin · 21 Aprel 16:3210

    Dunen menimde basima geldi, coxdandi istifade etrmirdim metro, demek 1 man yukledim. 1 gun gedib qayitdim, sehersi gun metroya girende gordum balans qutarib))). yani 60qep yoxa cixib

    Cavab yaz
  • Anonim
    ........ · 21 Aprel 16:3510

    Bir manatliq vurmuwam kart.yoxlaya bilerdim amma heyfim gelir puluma birden yoxa cixar dogrudan.

    Cavab yaz
  • Anonim
    Elmin · 21 Aprel 16:3510

    Kommenti atandan sonra yadima dusdu basqa 3neferide kecirtdiyim. sherlemiyim bakukartlari))

    Cavab yaz
    • Anonim
      ........ · 21 Aprel 17:1700

      Pulunuz bele cox düwüb?) 3 nefer kecirtmek olar?

      Cavab yaz
  • Anonim
    Mahir · 21 Aprel 16:4800

    Men bele seye inanmiram.menim metro kartimda hemise 40-50 manat olur.metrodan ve marsrutlardan cox istifade edirem.bu halla rastlasmamlsam.

    Cavab yaz
  • Anonim
    Miraj · 21 Aprel 16:5100

    Tamamile eynisi menimde basima gelib...bir manat yukledim mindim avtobusa ise getdim qayidanda vurdum karti aparat balasin bos oldugunu dedi...hemin gun ilk defe idiki kartimi telefonumla eyni qoymusdum

    Cavab yaz
  • Anonim
    Metro · 21 Aprel 16:5900

    Mənim kartım həmişə telefonla bir yerdə olur, belə bir şey olmayıb.

    Cavab yaz
  • Anonim
    Ramil · 21 Aprel 17:1710

    Men 3 gun bundan evvel avtobus dayanacaqinda 2 gediwlik bele desek adnarazvi kart aldim icindeki 2 gediw haqqi ile beraber kartin qiymeti 0.60 azn edirdi mende 1 azn daxil etdim aparata mene 0.40 qepik qaytarmali oldugu halda 0.20 qepik qaytardu bu hal cox adamda narahatciliq yaradir bakikart bunu bilsin ve sehfini duzeltsin!

    Cavab yaz
  • Anonim
    N · 21 Aprel 17:5000

    Bu tâkcâ bak kartda olmur digâr kartlarlada delâdir.karti telefonun üstünâ qoyanda telefona gâlân zâng,yadaki internet şâbkâ siqnallari kartlardaki mâlumatlari pozur.

    Cavab yaz
  • Anonim
    Kuskun 64 · 21 Aprel 18:4500

    Goren kiminse kartina pul yuklenmeyib

    Cavab yaz
  • Anonim
    ANONİM · 22 Aprel 07:2300

    Yalandı.mən kartı telfonun çxoluna taxmışam hecnə silinmir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.