Ölkə

ATV-dən ələ salınan gənclə bağlı AÇIQLAMA - "İkrah doğurur"

21 Aprel 2017 15:44
6 Şərh     Baxış: 5 100

"ATV-nin "İdeya Qazandı" verilişinə qatılan gənclə bağlı mətbuatda yayılan video verilişin əsas kontekstindən çıxarılıb".

Milli.Az xəbər verir ki, bu barədə bakipost.az-a açıqlamasında kanalın İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov deyib.
 
O bildirib ki, bu video ümumi verilişin içərisindən, yəni kontekstdən çıxarılmış kiçik bir hissədir: "Hamı bilir ki, ümumi verilişin içərisindəki müəyyən zarafatlar, anlar və jestlər bir cür təəssürat bağışlayır. Amma müəyyən məsələni kontekstdən, ümumi verilişin içərisindən çıxaranda, naqqaşla qopardıb təqdim edəndə tamam başqa cür təəssürat yaradır.
 
Bunu nəzərə almaqla yenə də vurğulamaq lazımdır ki, düzdür, gənclər oraya böyük ümidlərlə gəlirlər, özləri üçün ciddi əhəmiyyət kəsb edən məsələləri orada təqdim edirlər. Ona görə də onlara daha həssas və ciddi davranmaq lazımdır. Bu baxımdan kontekstdən çıxarılan hissəyə baxanda doğrudan da ikrah və müəyyən mənada qıcıq doğuran məqamlar var. Amma yenə də bir məqamı xüsusi vurğulamaq istərdim ki, bu video kontekstdən çıxarılıb".
 
Qeyd edək ki, ATV-nin "İdeya Qazandı" verilişində kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası onların gülüşünə səbəb olub. Onlardan biri layihə haqqında məlumat yazılan vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər.
 
Münsiflərin gülüşünün ən böyük səbəbi layihə təqdimatçısının danışığındakı qüsurlar olub. Belə ki, o layihəsi haqqında məlumat verərkən çətinlik çəkib. Bundan başqa onun təqdim etdiyi layihə münsiflər tərəfindən tamamilə mənasız hesab olunub. Nə edəcəyini bilməyən iştirakçı, onu lağa qoyan münsiflərin verdiyi sualları cavablandırmaq məcburiyyətində qalıb.
 
Xatırladaq ki, layihənin məqsədi 16-35 yaş arası gənclərin ideyalarına dəstək olmaqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

6 Şərh:

  • Anonim
    azər · 21 Aprel 15:5690

    konteksdən çıxarılmaq şərti ilə sizə də bir quş

    Cavab yaz
  • Anonim
    aNONIMUS · 21 Aprel 16:0470

    day el-alem gordu......neje deyerler toydan sonra n...a Adami laga goyub sonrada diyirler konteksden cixarilib

    Cavab yaz
    • Anonim
      111 · 21 Aprel 17:3220

      o menada demir, yani demek isteyirler ki, umumi verilishden mueyyen hisseler kesilerek montaj edilib, ona gore bele eybecer alinib

      Cavab yaz
  • Anonim
    1.2.3.4. · 21 Aprel 16:3460

    Ozunu "akademik" hesab eden Turan Ibrahimovu o veziyyete salsalar, ehvali nece olar?

    Cavab yaz
  • Anonim
    QQ · 22 Aprel 01:1000

    Turan Ibrahimovun oz nitqi guya qusurlu deyil ? Seher seher o danisanda cumlenin basiyla ayaginin arasinda bir kmetr mesafe olur ozude o cumlenin menasini basa dusmek ucun gerek qulagini televizora lap yaxin tutasan ki gorek Turan bu cumle ile ne demek isteyir )))

    Cavab yaz
    • Anonim
      Sevinc · 23 Aprel 23:4100

      Turan efirlerimizde yegane mentiqli oz movqeyi ve ideal nitqi olan adamdi. Axi bu qeder qerez.yersizdir. Ola bilsinki siz onun siyasi tehlillerini anlamirsiz ;)

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.