Ölkə

Bakıda sürücü ilə polis arasında mübahisə: "Ə deyirəm sənədini..." - VİDEO

21 Aprel 2017 14:37
7 Şərh     Baxış: 2 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sürücü ilə YPX əməkdaşı arasında mübahisə kameraya düşüb. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Masazır yolunda gizli radar quraşdıran polis əməkdaşlarına yaxınlaşan sürücü etiraz edib. Polisə irad tutan sürücü gizli radar quraşdırılmasının düzgün olmadığını bildirib. Buna cavab olaraq polis sürücüdən sənədlərini təqdim etməyi tələb edib. 
 
Qeyd edək ki, radarla bağlı ekspert Ərşad Hüseynov bir müddət öncə açıqlama vermişdi. Mütəxəssis hesab edir ki, radarlar istənilən yerdə hətta 100 metrdən bir də quraşdırıla bilər:
 
"Sürücü yolda radarların olmasından niyə narahat olmalıdır ki? Bəlkə heç yolda radar yoxdu. Sən qaydalara əməl et. Yanaşma bu cür olmalıdır. Bizdə radarlarla bağlı çox yanlış yanaşmalar var. Elə bilirlər ki, yola radar quraşdırıblar ki, kimisə güllələyələr. Radarları sürücülər sürət rejimini pozmasın, qəzalar baş verməsin deyə quraşdırıblar. Çünki baş verən qəzaların böyük əksəriyyəti sürücülər sürət həddini aşdığı üçün baş verir. İndi düzdü kimlərsə ondan başqa məqsəd üçün istifadə edirsə bu tamam başqa bir söhbətin mövzusudur. Konkret olaraq desək yolda radarın hansı məsafədən bir qoyulmasına dair heç bir meyar yoxdur. Bu heç kimi narahat etməməlidir. Siz qaydalara riayət edin. Harda radarın olub olmaması sizi narahat etməsin". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.