Ölkə

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik müzakirə edildi

21 Aprel 2017 15:11
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin Reqional məsələlər komitəsinin bu gün keçirilən "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanunun layihəsi və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanununa dəyişiklik müzakirə edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, komitə sədri Arif Rəhimzadə müzakirə edilən məsələlər barədə məlumat verib.

A.Rəhimzadə "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanunun layihəsi barədə deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib. O qeyd edib ki, qaldırılan məsələlərin bir çoxu hazırkı qanunvericilikdə öz əksini tapıb.

A.Rəhimzadə əlavə edib ki, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanuna dəyişiklik "Reklam haqqında" qanuna uyğunlaşdırmaq xarakteri daşıyır. Belə ki, yerli ödənişlərin tərkibinə açıq məkanda (bələdiyyə mülkinə aid olan torpaqlarda, binalarda və digər obyektlərdə) reklam yayımına görə ödənilən haqq daxil edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.