Ölkə

İlhamə Quliyevanın sevimli gödəkçəsi girovluqda - FOTO

21 Aprel 2017 13:45
21 Şərh     Baxış: 4 553
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, mərhum sənətkar İlhamə Quliyevanın sevə-sevə geyindiyi bahalı gödəkçəsi ilə bağlı maraqlı məlumat yayılıb. Xəbərlərə görə, İ.Quliyeva dünyasını dəyişəndən sonra onun oğulluğu Orxan Nadirov həmin gödəkçəni girov qoyub və min manat pul alıb.
 
İ.Quliyevanın həmin gödəkçəsi dünyaca məşhur "GreekFurs" firmasının istehsalıdır. Bu şirkət eksklüziv və xüsusi bəslənmiş gəmirici növlərinin xəzlərindən gödəkçələr hazırlayır. Yunanıstanda yerləşən və ABŞ xəz-dəri şirkətləri ilə əlaqəli çalışan "GreekFurs"un qiymət siyasəti də fərqlidir. Şirkətin saytında eksklüziv gödəkçələrin qiymətləri də növündən asılı olaraq 1400 avrodan 50 min avroya qədər dəyişir.
 
İ.Quliyevanın vaxtilə sevə-sevə geydiyi gödəkçənin qiyməti haqda dəqiq məlumat yoxdur. Müraciət etdiyimiz xəz mütəxəssisləri həmin gödəkçənin bahalı mal olduğunu təsdiqlədilər. Bildirdilər ki, belə xəzlərdən olan gödəkçənin hazırda Azərbaycanda bazar qiyməti 15-20 min manatdır. Mərhum sənətkarla vaxtilə yaxın olmuş şəxslər isə bildirirlər ki, həmin gödəkçəni ona hədiyyə veriblər. İ.Quliyeva da bahalı xəzdən olan həmin gödəkçənin ona hədiyyə verilməsini gizlətməyib, konkret ad çəkməklə "gödəkçəni mənə alıb" deyirmiş. Yayılan xəbərdə bahalı gödəkçənin lombardlardan birində olduğunu öyrənəndən sonra ilk öncə Orxan Nadirovla əlaqə saxladıq. O.Nadirovun yayılan xəbərə münasibəti belə oldu: "Səhv məlumatdır, gödəkçə evdədir, şəklini çəkib vathcapla yollayacağam".
 
 
Bununla belə, korifey sənətkarın məşhur gödəkçəsinin girovluqda olub-olmamasını aydınlaşdırmaq üçün lombardlarla əlaqə saxladıq. Bir neçə saatlıq araşdırmalardan sonra öyrəndik ki, digər qiymətli əşyalarla yanaşı, bahalı geyimlərə də lombard krediti verən bir ünvan var. Həmin ünvan Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşir. Qeyd edilən küçədəki lombardla əlaqə saxladıq. Oradan belə bir cavab aldıq ki, həqiqətən də lombarda Orxan Əhmədağa oğlu Nadirov xəz gödəkçə girov qoyub.
 
 
"Xəz gödəkçə haqda siz məlumat verəndən sonra araşdırdıq. Lombarda 2016-cı ilin oktyabrında bir qadınla bir cavan oğlan gəliblər. Onlar xəz gödəkcəni qoyub kredit alıblar. Gödəkçə 1 ay müddətinə qoyulub, amma sonradan gəlib onu geri almayıblar" - deyə lombardda çalışan bir xanım söyləyib. Az sonra redaksiyamızla əlaqə saxlayan və özünü lombardın rəhbərlərində biri kimi təqdim edən şəxs deyib ki, xəz gödəkçənin İlhamə Quliyevaya məxsus olmasını bildiklərindən məmnun olublar: "Bizə məlumat verdiyiniz üçün təşəkkür edirik. Korifey sənətkarımız İlhamə Quliyevaya böyük hörmətimiz olub və bu gün də var. Onun xəz gödəkçəsi girov qoyulub və ardınca gələn olmayıb. Həmin gödəkçə bizdədir".
 
Bəs gödəkçənin gələcək taleyi necə olacaq? Satışa çıxarılacaq yoxsa başqa planlar var? Lombard rəsmisi deyir ki, ümumi məsləhətdən sonra belə qərara gəliblər ki, mərhum korifey sənətkarın gödəkçəsini satışa çıxarmasınlar: "Həmin gödəkçəni yadigar olaraq saxlayacağıq. Əgər nə vaxtsa İlhamə Quliyevanın ev muzeyi açılarsa, həmin gödəkçəni ora təhvil verə bilərik. Hazırda gödəkçə bizim əmlakımızdır".
 
 
Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişəndən sonra onun çoxsaylı əmlakları uğrunda yaxınları məhkəmə çəkişməsinə başlamışdılar. Vərəsəlik hüququ ilə bağlı bacıları Gülbahar və Aidə Quliyevalar və özünü onun oğlu kimi təqdim edən Orxan Nadirov mərhum sənətkarın mülkləri, əmlakı və digər qiymətli əşyalarına sahib olmaq üçün Yasamal Rayon Məhkəməsində iddia qaldırıblar. Məhkəmə O.Nadirovun iddiasını təmin etməyib. Onun vərəsəlik hüququnun tanınması ilə bağlı iddiasına rədd cavabı verib. Məhkəmə hesab edib ki, İlhamə Quliyevanın bütün əmlakı bacılarının arasında bölünməlidir. Çünki Orxanın İlhamə Quliyevanın oğlu olması və ya vərəsə elan edilməsi ilə bağlı hər hansı rəsmi sənəd və vəsiyyətnamə yoxdur, heç vaxt olmayıb. İ.Quliyeva 2016-cı il fevralın 25-də dünyasını dəyişib. Bundan sonra onun mirasına həbs qoyulmuşdu.
 
 
Xatırladaq ki, İ.Quliyevanın Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun "İnfiniti" və "Luimizin" markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları, bahalı geyimləri qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

21 Şərh:

  • Anonim
    Mono · 21 Aprel 13:4611

    Aydaa dehsetdi

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 21 Aprel 14:0382

    Kinoda deyire-Kerem hekayesi qurtarmadi,???? Bu Ilhame hekayesi, seriali bitib tukenmeyecek,100 illik muharibe kimi deyesen davam edecek , gelecek nesiller, usaqlar hammi oxuyacaq tarix kitablari, derslikler hammisi yazacaq.))))

    Cavab yaz
  • Anonim
    Şafa · 21 Aprel 14:0940

    Dəhşət.pərən pərən oldu illərlə yığdığı.

    Cavab yaz
  • Anonim
    Musviq · 21 Aprel 14:1561

    Allah rehmet elesin Cox heyif ki Ilhame xanimin mirasi ugrunda vetendas muharibesi getdi.Sagliginda yaninda olmayan insanlar nedense dunyasin deyisenden sonra peyda oldular.Mal,mulk,masin hamisi geldi gederdi Ilhame xanimin neyi varsa onun oglu Orxana qalmali idi

    Cavab yaz
  • Anonim
    saida · 21 Aprel 14:3651

    oz oglu deyil,dogma balasi etmezdi bu hereketi

    Cavab yaz
  • Anonim
    Lara · 21 Aprel 14:3620

    Off xəbər tapmırlare yazmağa. Əşi kimə maraqlıdıe bu axı. Qoyubsa şəxsi işidi kimə nəki

    Cavab yaz
  • Anonim
    eeeh · 21 Aprel 14:3930

    Suleymana qalmayan dunya.

    Cavab yaz
  • Anonim
    A1 · 21 Aprel 14:4461

    Eceb Edib neynesin bir hele milyonlardan ona pay düşmedi borcu olub Edib onada verese düşseydi satmazdı men bele bilirem

    Cavab yaz
  • Anonim
    Jale · 21 Aprel 14:5950

    İlhame Quliyeva olub,getdi.Xalq artisti idi,butun respublikanin tanidigi bir shexs idi. Bele olmaz ,axi.Onun butun aile sirleri,var-yoxu,her sheyi bele achib,tokmek olmaz ,axi. Bellidir ki,butun bu yazilarin sifarishchileri Ilhamenin indi peyda olan "bacilaridir"-qoca yashlarinda servet qushu qonub bashlarina.Neyi bolursunuz,bolun,dalashin,vurushun ve s,amma her sheyi bele mediyada ishiqlandirmaq,Ilhame xanimin dushmenlerini guldurmekden bashqa bir shey deyil.Mala,mulke darashanda gordunuz ki,shuba yoxdur,dushmusunuz ele-ayaga.Her shey sizindir,boyuk ish olub,bir xezi Orxan goturub.,onu gozden salmaq uchun bu hoqqalardan chixirsiniz.Size qalsa o xez,olmush insanin xezini rahat geye bileceksiniz?Orxanada deyerdim, artiq ishlemek vaxtidir.Gec de olsa,agillan.Ele senin agilsizligin,vaxtinda anana qulaq asmamagin seni bu gun her sheyden mehrum edib.

    Cavab yaz
  • Anonim
    Raul_moskva · 21 Aprel 15:2360

    Burda deyıbler at öldü itlerin bayramıdı

    Cavab yaz
  • Anonim
    seref · 21 Aprel 15:3700

    Vaxsey biyabirciliq

    Cavab yaz
  • Anonim
    Baku · 21 Aprel 15:5202

    Nolsun kime qaldi?? Apara da bilmedi ozuyle..

    Cavab yaz
  • Anonim
    Baku · 21 Aprel 15:5310

    Baxsinlar ibret gotursunler

    Cavab yaz
    • Anonim
      Boyy · 21 Aprel 21:3910

      Santa Barabara bundan maraqsiz qisa olduyaaaa .......

      Cavab yaz
  • Anonim
    N · 21 Aprel 18:0310

    Ölüdân âl çâkmâdilârdâ.ölü âti yeyânâ çevriliblâr.Lâtifâsi bizdân uzaq.

    Cavab yaz
  • Anonim
    NAZIM · 21 Aprel 19:2610

    Menim werhimi hec vaxt vermemisiniz.

    Cavab yaz
  • Anonim
    Ceyran · 21 Aprel 20:5501

    Bolunmelidir:bacilar be oglu arasinda beraber.

    Cavab yaz
  • Anonim
    Ulka · 21 Aprel 21:1710

    Girov qoyub, yaxshi edib. Kime ne ??? Her halda ehtiyaci olubki bunu edib

    Cavab yaz
    • Anonim
      Boyyy · 22 Aprel 08:4300

      Ay baci ev esiy davasi elamaye lambarta get

      Cavab yaz
  • Anonim
    ana. · 22 Aprel 13:2900

    Cox baci baci deyirsiz bele ureyiniz yanir malini aranizda gormemiw kimi bolursuz.SIz bu gunun hemiwe hesretinde olmusuz cunki Ilhame xanim sizi hec vaxt baci kimi yaxin buraxmirdi Gulbari umiyyetle qebul etmirdi.

    Cavab yaz
  • Anonim
    ana. · 22 Aprel 13:3200

    Gulbahar oz intiqamini Ilhame xanimdan bele alir. Cunki o hec vaxt Ilhame xanim terefinden yaxina buraxilmirdi. Bu insanin gozlerinden biclik yagir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.