Ölkə

Əsir düşməmək üçün özlərini partlatdılar - Kəşfiyyatçıdan DƏHŞƏTLİ AÇIQLAMALAR - VİDEO

21 Aprel 2017 14:32
6 Şərh     Baxış: 3 070

Birdən "Allahu Əkbər" sözünü eşitdim. Partlayış oldu. Gördüm ki, hərbçi yoldaşımın qabırğaları dağılıb, ağrıdan inildəyirdi. Kəlmeyi-şəhadəti deyib, gözlərimi yumdum...

1976-cı ildə Zaqatalada anadan olan Əhmədov Aqil Mürsəl oğlu keçmiş kəşfiyyatçıdır. 1997-ci ildə kəşfiyyat tapşırığını yerinə yetirərkən ağır yaralan A.Əhmədov 2 ilə yaxın erməni əsirliyinə olub.

20 il əvvəl aprel ayının 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıdıb. Lakin düşmən tərəfindən ikinci qrup mühasirəyə düşüb və təslim olmalarını söyləyiblər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb.


Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü şəhid olub. A.Əhmədov həmin qrupdan sağ qalan yeganə kəşfiyyatçıdır. 


O, ağır yaralanaraq huşsuz vəziyyətdə düşmənə əsir düşüb. Qondarma erməni məhkəməsi tərəfindən A.Əhmədovun barəsində güllələnmə hökmü çıxarılıb. Uzun sürən danışıqlardan sonra 1999-cu ildə Aqili dəyişmək mümkün olub.

Milli.Az xəbər verir ki, keçmiş kəşfiyyatçı Aqil Əhmədov azvision.az-a videomüsahibəsində 7 hərbçi yoldaşının şəhid olduğu kəşfiyyat əməliyyatından, dözülməz əsirlik həyatından danışıb. 
 
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Roya · 21 Aprel 15:19100

    Allah bu veten ucun canindan kecen butun sehidlerimize rehmet elesin.Qalanlarin ise omrun uzun elesin.

    Cavab yaz
  • Anonim
    Nuray · 21 Aprel 16:2990

    Can qardas. Qehreman qardas. Elimin balasi. Allah sene sefa versin. Toyunun xeberini esidek. Insallah komek olar sene.

    Cavab yaz
  • Anonim
    Behram · 21 Aprel 17:2550

    ALLAH BUTUN SEHiDLERiMIZ REHMET ELESiN.QAZi QARDASHIMIZADA ALLAH TEZLiKLE SEFA VERSiN,O GUN OLSUN TOY XEBERiN ESHIDEK,ViDEO ROLIK YARAMASiNDA ZEHMETi OLAN HERKESE ALLAH KOMEK OLSUN VE OZ ADiMNAN MiNATARIQ BiLDiREM,SAQOL SUNKI XALQIMIZ USTUNEN 20 iL KECMESINE BAXMAYARAQ XOCAVEND EMELiYATi YADDARDAN CIXMIR.

    Cavab yaz
  • Anonim
    Senan 13 · 21 Aprel 18:2320

    Cemi şehidlerimize veten namus torpaq uğrunda ölenlerimize Allahdan rehmet. İnşaalah mekanları İmam Hüseynin yanında olsun.

    Cavab yaz
  • Anonim
    Elmar · 22 Aprel 13:5100

    Bugune qeder seyfenizde gorduyum en gozel paylaşim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.