Ölkə

Vəfa Zeynalovaya daha bir DƏSTƏK

21 Aprel 2017 13:35
8 Şərh     Baxış: 2 307

Respublikanın əməkdar artisti Vəfa Zeynalovanın suallara cavab verə bilməməsi sosial mediada sərt tənqidlərlə qarşılanıb. 

Milli.Az xəbər verir ki, əməkdar artisti sərt tənqid edənlərlə yanaşı onu müdafiə edənlər də olub. Müdafiə edənlər arasında isə diqqəti çəkən "Xalq Ulduzu 5" yarışmasından tanınan müğənni Teymur Qədirov olub. O aktrisanı müdafiə edərək tənqid edənləri qınayıb:

"Tənqid etmək çox asandır, hətta ömründə bir dəfə də olsun kitab üzü açmayan, dünyagörüşü "Tarqovı" küçəsindən, "Bulvar" parkına qədər olan insan hansısa bir akademiki, ixtisasına aid olan və yaxud olmayan suala cavab vermədiyinə görə də tənqid edə bilər. 

Dəyərli aktrisa Vəfa Zeynalovanı hər kəs, hətta saxta hesabla sosial şəbəkələrə daxil olan insanlar da tənqid edir. Doğrudur, bir neçə sual var idi ki, ən azından o sualların cavabı verməli idi, amma suallara cavab verməməsi o qədər də qloballaşdırılacaq bir məsələ deyildi. Ona ilk ünvanlanan çətin sualların Vəfa xanımda "mandraj" yaratdığını açıq-aydın sezmək olur. Hətta o qədər "mandraj"da idi ki, primitiv, Şah İsmayıl Xətainin yaratdığı dövlətin adını belə deyə bilmədi.

Bu, sizcə, savadsızlıqdır, yoxsa həyəcan? 

Orta məktəbdə bir riyaziyyat müəlliməmiz vardı idi. Ali təhsil ocaqlarının birində hazırda dərs deyir. Yüzlərlə tələbəsi mükəmməl göstəricilərə imza atıb. Amma bir gün müəllimənin dərsində direktorumuz qəfil sinfimizə daxil oldu. Xanım müəlliməmiz çox həyəcanlandı. Direktorun sualları onu eynən bu vəziyyətə, "mandraja" saldı. Hətta illərin riyaziyyat müəlliməsi həyəcandan 6 rəqəmini tərsinə, "Ə" kimi yazdı. Axı bu savadsızlıq deyil, bu həyəcandır. 
Hesab edirəm ki, Vəfa xanım elə bir insandır ki, verilişdən dərhal sonra cavab verə bilmədiyi sualların cavabını axtarıb, tapıb öyrənəcək, səhvini düzəltməyə zaman və imkan tapacaq, amma bizim acı sözlərlə vurduğumuz yaranı nə düzəltməyə, nə də zamanı geri çəkməyə heç cür imkanımız olmayacaq. 
Necə deyərlər bilməmək eyib deyil, öyrənməmək eyibdir. Ümid edirəm ki, Vəfa xanım bunları öyrənəcək". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Ayla · 21 Aprel 13:4641

    Saviyasiz kamsavad vafa

    Cavab yaz
  • Anonim
    Gunka · 21 Aprel 14:5912

    Savaddan daniwanlar vallah hec bir qrafani da qanmirlar ele yazirlar

    Cavab yaz
  • Anonim
    7 sentyabr · 21 Aprel 15:0660

    Mekteb seviyyesinde bilmirse bu insan, ona haqq qazandiranlar da onun beyni qeder bilir yeqin. Rus dilini cirtdamaq deb sayilmir bizim sou ehli, oturub ana dilinin tarixini oyrenerdiler. Hara gedir bu bisavadliq??? (((

    Cavab yaz
  • Anonim
    7 sentyabr · 21 Aprel 15:3441

    Savadsizliq ve heyecan tam basqa hisslerdi.Sovet vaxti bundan mohkem olub insanlarin yaddasi,elmi.Rus dilini bilmemeyi ozlerine derd edib iki dasin arasinda oyrenerler sou biznez ehli. An a dilinin tarixini bilmemek ve bilmeyene haqq qazandirmaq ise bilmeyen qeder savadsizligini gostermek demekdir.

    Cavab yaz
  • Anonim
    Müəllimə · 21 Aprel 18:5220

    Bu mandraj deyildi...ki.. Aktrisa özü razılıq vermişdi sualların verilməsinə...

    Cavab yaz
  • Anonim
    QQ · 22 Aprel 00:5910

    Yadinizdadirsa bir kecen il Konul Kerimova da eynen bu cur elementar suallara cavab vere bilmedi .Elbette mugenniye durub Eynsteynden ,Nyutondan ,Pyer Kuriden sual verilerse ve o da cavabi bilmese bu hec de eyib deyil .Hec bilmesi de vacib deyil .Ancaq mugenninin Fikret Emirovu ,Qara Qarayevi ranimamasi cox boyuk gunahdir ve eyibdir .O mugenninin ki oz xalqinin musiqi taruxini bilmeden aduni mugenni qoyub oxumasuni eyib bilmeyenler de ele o mugenni qeder biliye malik olanlardir .

    Cavab yaz
  • Anonim
    Balakenli · 22 Aprel 06:5900

    Burda hec bir heyacandan sohbet gede bilmez heyacanlamaga ne olmusduki olum dirim meselesiydi imtahan verirdim?sadece savadsizdir bu qeder tek o yox ha haminiz 95faiziniz

    Cavab yaz
  • Anonim
    QQ-7sentyabra · 22 Aprel 12:2900

    Cox gozel serh yazmisan .Seninle tam raziyam.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.