Ölkə

Ruhi uşaqlarının atası ilə barışdı - MİLYONLUQ EVLƏR, MAŞIN... - YENİLƏNİB - FOTO

21 Aprel 2017 15:48
60 Şərh     Baxış: 57 278

15:48

İlham Rəhimovla bağlı yeni və intim məlumatlar yayılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, milyarder Rəhimov keçmiş məşuqəsi, müğənni və biznes-ledi (tovuzlu gözəlçə bir vaxtlar özünü belə təqdim etməyi xoşlayırdı.-red) Ruhi (Ruhiyyə Əliyeva) ilə barışıb. Üstəlik Ruhi ilə izdivac zamanı qadının dünyaya gətirdiyi iki uşağı da övladlığa götürmək barədə düşünür. Lakin milyarderlərin qızları gələcəkdə milyardlarla dollarlıq mirasın bir hissəsinin əldən çıxa biləcəyini nəzərə alaraq atalarının bu niyyətinə qarşı çıxırlar.

Hind kinolarının süjetini xatırladan bu əhvalat barədə Baku.ws portalı ətraflı yazır. Həmin əhvalatda İlham Rəhimovla Ruhi arasındakı izdivacın təfərrüatlarına məsələnin intim xarakter daşıdığını nəzərə alaraq toxunmuruq. Lakin xatırlatmaq lazım gəlir ki, bu izdivac bir vaxtlar Azərbaycan mediasının gündəmindən düşmürdü. Çünki Ruhi İ.Rəhimovla bir neçə il birlikdə yaşadıqdan və oliqarxın  hesabına xeyli sərvət sahibi olduqdan sonra ondan hamilə qaldığını car çəkmişdi. Və nə sirr idisə bu hamiləlik barədə xəbər yayılan kimi İ.Rəhimov Ruhidən ayrıldı, tələm-tələsik rəsmən yeni ailə qurdu. Və çox keçmədən rəsmən boşandı.

O zaman İ.Rəhimova yaxın media yazırdı ki, milyarder Ruhinin uşaqlarının atası deyil. Və iddia edilirdi ki, müğənni bətnindəki uşaqların atasının İ.Rəhimov olduğunu car çəkməklə gələcəkdə onun sərvətindən bir qismini miras kimi ələ keçirməyə hazırlaşır.  Bildirilirdi ki, əslində İ.Rəhimov yenidən ata olmaq qabiliyyətini itirib və bu hamiləliyə qətiyyən dəxli yoxdur. Həmin qəzetlərdə yazırdılar ki, İlham Rəhimovla Ruhi övlad sahibi olmaq üçün neçə il çalışsalar, müalicə alsalar da bu mümkün olmayıb. Yəni eyham olunurdu ki, Ruhi uşaqları İ.Rəhimovla yaşadığı müddətdə əslində başqa kişidən qazanıb, başqa sözlə, öz zəngin sevgilisinə xəyanət edib.

Ancaq Ruhi də öz növbəsində sarı medianın səhifələrində israrla bildirirdi ki, bətnindəki əkiz uşaqların atası məhz İlham Rəhimovdur. Beləcə bu əhvalat bir müddət müzakirə olundu və Ruhi uşaqları Türkiyədəki klinikaların birində dünyaya gətirib onlara Məhəmməd və Həsən adlarını qoydu. Nədən bu adların seçildiyini təxmin etmək isə çətin deyildi. Axı uşaqların iddia olunan atasının öz atasının adı Məhəmmədhəsən olub. O vaxtdan əhvalat sanki unudulmuşdu və belə görünürdü ki, Ruhi uşaqların atasının İlham Rəhimov olduğunu rəsmiləşdirməkdə sanki israrlı deyil.

İndi isə sözügedən sayt yazır ki, İlham Rəhimovla Ruhi barışıb. İddiaya görə, onlar yenə birlikdədir və Rəhimov Ruhinin dünyaya gətirdiyi, hazırda 6 yaşın içərisində olan həmin uşaqları Bakının elit bağçalarından birinə qoyub. Onların adına şəhərin mərkəzində təxminən 1 milyon dollara iki böyük mənzil alıb. Ruhiyə isə son model "Lexus" bağışlayıb. Sayt bu əfsanəvi barışıq barədə Ruhidən soruşub, amma müğənni-biznesvumen bu haqda danışmaq istəməyib, dəstəyi qapadıb.

Sayt xatırladır ki, Ruhiyyə Əliyeva 1977-ci il, martın 8-də Tovuzun Aşağıeyyublu kəndində dünyaya göz açıb. Yeri gəlmişkən, münasibətlərinin olduğu illərdə hər 8 Mart Ruhi üçün xüsusi keçirmiş. Həm doğum günü, həm xanımlar günü münasibəti ilə İlham Rəhimov Ruhini ən bahalı hədiyyələrə qərq edirmiş... İ.Rəhimov özü isə 1951-ci il, yanvarın 14-də Tovuzda doğulub. Onların arasında 26 yaş fərqi var.

Bəs bizim qəhrəmanımızın keçmiş məşuqəsi ilə barışması necə baş tutub? Xəyanət eyhamları, "uşaqlar məndən deyil" bəyanatları nə tez yaddan çıxıb?

Əhvalatın bu hissəsi də saytın yazdıqlarına inansaq, hind filmlərinin süjetlərindən geri qalmır. Belə nəql edirlər ki,  bir müddət əvvəl İ.Rəhimovun qohumlarından biri hansısa məclisdə uşaqları-Məhəmmədlə Həsəni görür və onların şəklini çəkərək professora çatdırır. İ.Rəhimov fotoları görər-görməz heyrətlənir, gözləri dolur, uşaqların ona həddindən artıq çox oxşadığını deyir.

Guya, elə məhz bu nüans onu yumşaldıb, necə deyərlər, ürəyinin "sarı simi"nə toxunub. Odur ki, bu hadisədən sonra Ruhidən uşaqları onunla görüşdürməsini xahiş edir.

Və... bu görüş baş tutur. Görüşdə əkizlər atalarını dərhal tanıyırlar. Bu, onların hər gün şəklini gördüyü adamdır...

Bundan sonra uşaqlarla görüş intensiv xarakter alır. Bu əsnada yaranmış fürsət Ruhi ilə İ.Rəhimovun əlaqələrini yeni məcraya yönəldir və onlar barışmağa qərar verirlər. Əhvalatın davamında isə İlham Rəhimov uşaqları himayəsinə götürmək qərarına gəlir. İndi onların bir ailə şəklində yaşayıb-yaşamadığı haqda müfəssəl məlumat olmasa da, tez-tez görüşdükləri xəbər verilir.

Lakin oxucular razılaşmaya bilməz ki, heç də bütün hind filmlərində məhəbbət dramları bu cür xoşbəxt sonluqla bitmir. Saytın yazdığına görə İlham Rəhimovla Ruhiyyə Əliyevanın yeni izdivacını həzm etməyənlər də var. Bu, milyarderin əvvəlki nigahdan olan və onun əmlakının yeganə qanuni varisləri olan iki qızıdır. Bildirilir ki, Rəhimov hələ Ruhinin dünyaya gətirdiyi uşaqlara atalığını rəsmiləşdirməyib, ancaq belə niyyəti var. Lakin qızların bu məsələyə isti baxmadığı, gələcəkdə Məhəmmədlə Həsənin onların atalarının çoxmilyardlıq sərvətlərinə sahib çıxa biləcəklərini nəzərə aldıqları deyilir. Yəni kəskin süjetli bu eşq melodramının hələ davamı var...

Xatırladaq ki, İlham Rəhimov Moskvadakı nəhəng "Food City" də daxil olmaqla çoxsaylı kommersiya daşınmaz əmlakın-otellərin, bazarların, ticarət mərkəzlərinin və s. sahibidir. Onun biznes ortaqları Qubadan olan milyarderlər Qod Nisanovla Zarah İliyevdir.

-------------

13:19

Müğənni, biznes-ledi Ruhinin (Ruhiyyə Əliyeva) həyatında yeni bir səhifə açılıb.

Milli.Az bakipost.az-a istinadən xəbər verir ki, ifaçının uşaqlarının atası, azərbaycanlı oliqarx-professor İlham Rəhimovla barışdığı xəbəri yayılıb.

Keçmiş cütlüklərin ulduzu yenidən qoşalaşıb və küsülülüyə son qoyulub.

Deyilənə görə, bu barışıq Ruhi və uşaqları üçün düşərli olub. Belə ki, İ.Rəhimovun övladlarına sahib çıxdığı, onları bahalı bağçaya qoyduğu, şəhərin mərkəzində hərəsinə bir mənzil aldığı xəbər verilir.

Bu mənzillərə təxminən 1 milyon pul xərcləyən milyarder professorun Ruhini də hədiyyəsiz qoymadığı, ona son model "Lexus" markalı avtomobil hədiyyə etdiyi bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

60 Şərh:

  • Anonim
    Afa · 21 Aprel 13:23820

    Ne xos bir xeber.Bütün küsülüler barissin. Yer üzünde barisig olsun her zaman. Eger dogrudusa her ikisini tebrik edirik.

    Cavab yaz
  • Anonim
    ????? · 21 Aprel 13:24145

    Bextever bashina...

    Cavab yaz
  • Anonim
    SEVA TOVUZ · 21 Aprel 13:2561

    gundem sohbeti

    Cavab yaz
  • Anonim
    ... · 21 Aprel 13:25100

    Ele Ruhiye de o lazimdida

    Cavab yaz
  • Anonim
    dinay · 21 Aprel 13:28260

    100 defede bowanib bariwsam duzelen deyil, Allah gerek insana bext vere

    Cavab yaz
  • Anonim
    ika.e · 21 Aprel 13:29281

    Uşaqların geleceyini qursun.biznesini genişlendirsin sonra yene küsecek ruhi.

    Cavab yaz
  • Anonim
    Ema · 21 Aprel 13:30436

    Ruhi xanlm sizi cox isleyirem siz ozel xanlmslz siz urekden xosbext olmaqa layiq olan xanlmslz kas herkesin ureyi sizi kimi temiz ola ?

    Cavab yaz
  • Anonim
    Elvira · 21 Aprel 13:30392

    Iwin icinde olan adam kimi deyirem ki, 100 faiz yalandir.Ruhi ozunden uydurub.O adam,bundan sonra hec vaxt Ruhiye yaxin gelmez.Bir de axi onlar resmi er-arvad olmayiblar

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 21 Aprel 13:5337

    Bu kiwi de evlidi bawqasiynan..yeqin bowanib qayidib Ruhinin yanina.

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 21 Aprel 14:07151

    Buna deyerler stressin cixartmaq, esl ''Goycek Fatma'' naqili,hamisi yalandi.O adam buna sert qoydu , yazmiram bu emel etmedi ona gore inanmiram barismaqlarina.

    Cavab yaz
    • Anonim
      Miq_miq · 21 Aprel 15:0811

      Ne sherti? Yazin da biz de bilek )))

      Cavab yaz
  • Anonim
    naza · 21 Aprel 14:11126

    Cavana gedən yumruq yeyər, qocaya gedən quyruq.

    Cavab yaz
  • Anonim
    Sarasaraa · 21 Aprel 14:1421

    Bu kişinin neçe yaşı var kiiiii???

    Cavab yaz
    • Anonim
      Hh · 21 Aprel 16:2630

      kişinin yaşı xeberde yazılıb

      Cavab yaz
  • Anonim
    Mahirə' · 21 Aprel 14:39101

    İlham həmişə deyirdi ki uşaqlar menm deyil, nə oldu ki birdən-birə?

    Cavab yaz
  • Anonim
    Mahirə' · 21 Aprel 14:4380

    Çox güman ki Ruhi yenə də kiməsə acıq verir, bu variantdan istifadə etməklə

    Cavab yaz
  • Anonim
    / · 21 Aprel 14:5060

    Kimlerese gore ruhinin novbeti " panika"si

    Cavab yaz
  • Anonim
    samur · 21 Aprel 15:0230

    Ruhiyye ? ya Rabiyye

    Cavab yaz
  • Anonim
    Sarasara · 21 Aprel 15:2310

    70 e yaxin olar kiwinin yawi

    Cavab yaz
  • Anonim
    = · 21 Aprel 15:2592

    Esra deyir goycek fatma naqili, men deyirem ,hem de melikmemmed naqili

    Cavab yaz
  • Anonim
    QQ · 21 Aprel 15:2744

    Men Ruhinin ayrilbigini hec vaxt esitmemisdim .Onun basindan emeliyyat olunandan sonra daha oxumayacagini bilirdim .Sonra dediler Ruhi ere gedib .Sonra da elit geyimler ,elit makiajlar ve sonra da deb verlusinin bas munsifi kimi efire cixdi .Amma ayrildigi haqda hec vaxt metbuatda esitmemusem .Bilenler yazsin da bu ne vaxt ayrilmusdi ..

    Cavab yaz
  • Anonim
    Ewi · 21 Aprel 15:50161

    Ne ere getmek, ne ayrilmaq/ Muveqqeti munasibetde olub, sonra da aralaniblar da. Esas pul olsun rahat gelecek ucun

    Cavab yaz
  • Anonim
    meryem · 21 Aprel 15:5533

    vay beeee ruhi halal olsun sene....

    Cavab yaz
  • Anonim
    Ezo · 21 Aprel 15:5786

    Yetmiş yasl olsunda zato pulu var hər şeyin baslnda pul durur para para para cibdə varsa pul

    Cavab yaz
  • Anonim
    Sücaet · 21 Aprel 16:0480

    Men de İlhamin müsahibesinde oxumuşdum ki deyir o uşaqlar menim deyil.Kişinin böyuk qizlari var onlarla qalir.Qizlarla bu ruhiyye düşmen kimidirler

    Cavab yaz
  • Anonim
    Ezoya · 21 Aprel 16:2341

    Lap 100 olsun,mene ne? men suala cavab yazdim

    Cavab yaz
  • Anonim
    16.29 · 21 Aprel 16:3040

    Ideya muellifi kimdir onu yazmayiblar.

    Cavab yaz
  • Anonim
    Umrao · 21 Aprel 16:5229

    Görüşdə əkizlər atalarını dərhal tanıyırlar. Bu, onların hər gün şəklini gördüyü adamdır...Bu cumleler cox gulmeli alinib ) Kohne hind filmelerindeki sehneleri xatirlatdi. Ruhi cox gozel qadindi.Filankes maraldi ele bil deyilende gozumun onune Ruhi,Sibel Can kimi qadinlar gelir.

    Cavab yaz
  • Anonim
    Namelum · 21 Aprel 16:5630

    Indi fotowopla ne istesen ede bilersen. lap 90 yawli garini ga hamile kimi teqdim etmek olar. Yeqin bile bidi ne demek istediyimi

    Cavab yaz
  • Anonim
    2017 · 21 Aprel 17:0471

    Bir muellime qonwum var idi, uwaqi olmurdu, deyirdi qarnima nelerse qoyacam bir muddet ,baldizimgil ele bilsinler hamileyem

    Cavab yaz
  • Anonim
    2017 · 21 Aprel 17:12171

    Ruhi geti gozel deyil,adi qadindi .Sibel Can hara ,bu hara?Sibel Can eyibsiz gozeldi,hetta gozeller-gozelidi.

    Cavab yaz
    • Anonim
      Мен · 21 Aprel 19:2706

      17 12 sibelcan aqlasin seni Ruhinin gozelliyini demirsen hec olmasa insanliqini xeyirxahliqini dedabe.

      Cavab yaz
  • Anonim
    2017 · 21 Aprel 17:2350

    Runinin esl doqum tarixi 1972-ci ildi

    Cavab yaz
  • Anonim
    2017 · 21 Aprel 17:2330

    yeni hal-hazirda 45 yawi var

    Cavab yaz
    • Anonim
      Xxxx · 21 Aprel 19:5803

      Axi şəxsiyyət vəsiqəsində 77 yazilib

      Cavab yaz
  • Anonim
    Balakenli · 21 Aprel 17:29160

    Bu kisi maasla dolanan siradan biri olsaydi Ruhi onunla munasibet qurub sevib usaq dunyaya getirerdimi usaqlarimin atasi bu kisidir deyerdimi???Eh pul sen nelere qadirsen(

    Cavab yaz
  • Anonim
    Nayl · 21 Aprel 17:2927

    Nese sifariwle yazdirilmiw yaziya oxwayir.bariwib bariwib Allah xowbexd etsin.o korpeler atasiz niye boyusinki?milyardlar atani evez etmeye qadir deyil.

    Cavab yaz
    • Anonim
      Gacgin · 21 Aprel 20:0920

      Fehleden , kasibdan hec kes usag dogmag istemir .Hami miljard dollarin ovunda....

      Cavab yaz
  • Anonim
    2017 · 21 Aprel 17:35180

    Ruhinin gözlerinden hiylegerlik yaqir

    Cavab yaz
  • Anonim
    Halaldı · 21 Aprel 17:4720

    Turnayı gözünden vurdun ay Ruhi

    Cavab yaz
    • Anonim
      Мен · 21 Aprel 19:4127

      Cox qerezli yazidi bunu yazan cox guman ki Ruhiye paxilliq edandi.neca olur evinde qadini olan kiwi bawqasini alanda xowbextlik arzulayirsiz qismetdi deyirsiz.Ruhi subay kiwiye getmeyini evladi olmaqini bela hallandirirsiz.Ruhini yaxinnan taniyan hami bilirki qalmaqalnan reklamnan iwi olmayan bir xanimdi.Allah evladlarinin xow gununu gormeyi nesib elasin .

      Cavab yaz
  • Anonim
    tt · 21 Aprel 18:0930

    sizce bu kisinin pulu olmasaydi ruhi bununla barisardi hec bununla tanis olmazdi..........

    Cavab yaz
  • Anonim
    liliya · 21 Aprel 20:0964

    Salam Ruhi xanim sizden xais edrem ne olar mene bir qizil desdi hediye edin yaxinimin toyudu taxmaga allahhaqi hecneyim yoxdu olunce size usaglariniza duvaci minnedar olaram

    Cavab yaz
  • Anonim
    Ceyran · 21 Aprel 20:4471

    Gor,gizin bextine bax,aglina,uzaggormuwduye bax.Adi kesib rayon gizi.Gel weheremugenni ol,sonra da bu geder wan wohret, var dovlet gazan

    Cavab yaz
  • Anonim
    hali · 21 Aprel 21:02110

    men ruhini olduqca yaxinan taniyiram.turkiyede suni mayalanmayla ekizleri olub.amma ki ruhi yaxwi qadin deyil

    Cavab yaz
  • Anonim
    NAZA · 21 Aprel 21:0322

    Ey insanlar.Sevinin ki yaxshi ishler bashiniza gelsin.Barishiblar cox gozel.Tebrikler.

    Cavab yaz
  • Anonim
    Kama · 21 Aprel 21:1118

    Onun yerinde olmaq isterdim

    Cavab yaz
  • Anonim
    Ymman · 21 Aprel 22:4970

    Qadının əsas əxlaqlı olmasıdı düz yolda olmasidi. xeyirxah qadin başqasının ailəsinə problem yaratmaz........

    Cavab yaz
  • Anonim
    Roza · 21 Aprel 23:1620

    Ruhi kimdiki basa dusmedim muqenni......

    Cavab yaz
  • Anonim
    Men e yazdiqim · 22 Aprel 00:1500

    werhimi verin haqsizliq etmeyin

    Cavab yaz
  • Anonim
    Men e · 22 Aprel 00:3720

    Qarqiwin oz bawina duwsun amin

    Cavab yaz
  • Anonim
    xxx e · 22 Aprel 00:5610

    Nece ola biler menim yaxin taniwimla bir sinifde oxuyub vaxti ile Tovuzda,men de onun wexsiyyet vesiqesinde 1962-ci il tevelludu oxumuwam

    Cavab yaz
  • Anonim
    Sebine · 22 Aprel 01:2803

    Ruhi heqiqeten gozel xanimdi. Allah xowbext elesin.

    Cavab yaz
  • Anonim
    səbinə · 22 Aprel 09:5511

    iki ayda ruhidən danışarlar indi niyə mügəni jurnalıstlərə öz yarcılığını yox ailən gündəmə gətirir

    Cavab yaz
  • Anonim
    Yakub · 22 Aprel 11:0204

    Kimsə onlarin bir birinə olan garşiıigıi munasibətləri onlardan yaxşi bilməz, allah xoşbəxt etsin butun sevenleri.

    Cavab yaz
    • Anonim
      seva · 22 Aprel 12:3903

      niye xoshagelmez sozler yazirsiz,Ruhi xanim sizlere her gun gununuz xeyirli, ugurlu deyir,yeniki xosh gun-guzaran arzulayir, siz ise ......!

      Cavab yaz
  • Anonim
    ра · 22 Aprel 15:3820

    А где его первая жена

    Cavab yaz
  • Anonim
    086 · 24 Aprel 01:2200

    RUHİN NƏ VAXT KÜSMÜŞDİ Kİ? BU DA ÖZUNU BAŞLADİ REKLAM ELEMƏYƏ RƏHİMOVLA BİLİRİK DƏ UŞAQLARİN ATASİ İLHAM Dİ

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.