Ölkə

80 min manatı mənimsəyən sabiq AMEA əməkdaşına HÖKM OXUNDU

21 Aprel 2017 13:01
0 Şərh     Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq əməkdaşı Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, AMEA-da dizayner vəzifəsində işləyən 1973-cü il təvəllüdlü Aliyə Cahangirova iki bacıya qarşı dələduzluq edib. O, nəşriyyatda iş qurmaq adı ilə zərərçəkmiş Mehbarə Sadıxovanın 70 min 50 manatını ələ keçirib.

Bundan başqa, Aliyə Cahangirova M.Sadıxovanın bacısı Gülnarə Naibovaya qarşı da dələduzluq edib. O, iş qurmaq adı ilə Gülnarə Naibovanın 8500 manatını alıb. A.Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.