Ölkə

70 yaşında evlənmək olar? - "Vallah, ayıbdır..." - VİDEO

21 Aprel 2017 12:07
4 Şərh     Baxış: 2 117

Azərbaycanda 60 yaşdan sonra evlənən insanların sayı açıqlanıb. Ədliyyə Nazirliyinin rəsmi məlumatına əsasən, 2016-cı ilin 4 ayı ərzində kişilərdə 60 yaşdan yuxarı 128 nikah, qadınlarda 21, 70 yaşdan yuxarı kişilərdə 38 nikah, qadınlarda isə 5 nikah qeydə alınıb.

Təəssüf ki, yaşlı insanların evlənməsi bir çox hallarda cəmiyyət tərəfindən birmənalı qarşılanmır. "Bu yaşdan sonra evlənmək olar?!" deyə fikirləşənlər heç də az deyil. Belə düşüncəli insanlara daha çox bölgələrdə rast gəlmək olar. Şəhərdə isə mənzərə bir qədər fərqlidir.

Milli.Az xəbər verir ki, azvision.az bu mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.    

"Yaşlı insanların evlənməsinə necə baxırsınız?" sualına respondentlərin cavabı müxtəlif olub: "Sevgi azaddır, sevginin yaşı yoxdur", "Vallah, ayıbdır, oturub evdə nəvə-nəticələri ilə məşğul olsunlar".

Maraqlıdır ki, 80 yaşının olduğunu deyən şəhər sakini yarı zarafat, yarı ciddi bu yaşda evlənmək istədiyini gizlətməyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

70 yaşında evlənmək olar? -

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Reyhan wamaxi · 21 Aprel 12:1721

    Vallah sevindim ki insanlar bele duwunurler.Elbetdeki pis baxmaq lazim deyil.Menim tanidiqim insanlar varku iyirmi uc iyirmi dord yawli gelinlerin yoldawlari olub.Amma onlarin aile qurmasina yaxinlari pis baxirlar.Fikirlewmirlerlerki gunaha batirlar.

    Cavab yaz
  • Anonim
    Elshen · 21 Aprel 13:0320

    60 yashinda pensiyani legv etdizki o yashda hele ishlemek olar,bes niye o yashdan sonra evlanmek isteyenlere pis baxirsiz,ayib sayirsiz?

    Cavab yaz
  • Anonim
    Esl insan · 21 Aprel 13:0310

    Kimə lazımdı 80 yaşında adamla evlənib onun zir-zibilini təmizləmək .Elə bilirlər ki, pulları varsa hər şey bunların olacaq. Qoca yaşında kef axtarır.

    Cavab yaz
  • Anonim
    qadin · 21 Aprel 17:0200

    Menim elli yoldawimin ise elli sekkiz yawi var.Yoldawim her gun menimle olmaq isteyir.Amma mende heves hec yoxdu.Neyleyim ki hevesim olsun.qorxuram kiwiw

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.