Ölkə

Xalq şairinin prokuror oğlu İŞDƏN ÇIXARILDI

21 Aprel 2017 09:58
4 Şərh     Baxış: 5 449

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.
 
Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sayta faktı təsdiqləyib.

Qeyd edək ki, Azər Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Kabab Yelləyən · 21 Aprel 11:3260

    "İşdən çıxarıldı" başqa söhbətdi, "qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub" (təqaüd) başqa söhbət.

    Cavab yaz
  • Anonim
    Zehra · 21 Aprel 14:1010

    yegin hansisa olkeye sefir gonderecekler:)

    Cavab yaz
  • Anonim
    Nardawa · 21 Aprel 15:0000

    Goresen bu mesele diger orqanlara da aiddirmi?..

    Cavab yaz
  • Anonim
    Şəki · 24 Aprel 08:2510

    Azər Vahabzadənin atası Bəxtiyar Vahabzadə Azərbaycan şeirinin peyğəmbəridir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.