Ölkə

2 dönər, 1 araq üçün gənc qadını kor qoyan şəxsə HÖKM OXUNDU

20 Aprel 2017 16:29
2 Şərh     Baxış: 982

Keçmiş arvadının üzünə "kislota" atdıran Tural Hüseynov və icra edən Vüqar Kərimovun məhkəmə prosesi davam edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Tural Hüseynov 10 il və Vüqar Kərimov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, prokuror çıxışında hər iki şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Qeyd edək ki, hadisə 2016-cı il mart ayında Pirallahı qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü T.Hüseynov tanışı, 1981-ci il təvəllüdlü V.Kərimovdan arvadının üzünə "kislota" atmasını istəyib, bunun qarşılığında isə ona 2 dönər və 1 araq almağı söz verib. Onu da qeyd edək ki, T.Hüseynov məhkəmədə hadisə ilə bağlı keçmiş arvadını qısqandığı üçün bu cür əməl törətdiyini deyib: "Mənim deyilsə, heç kimin olmasın deyə belə etdim".
 
Zərərçəkən Nuranə Kərimovanın 25 yaşı var. Hadisədən sonra 25 yaşlı qızın bir gözü görmə qabiliyyətini itirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    ::: · 20 Aprel 16:3320

    Alcaq serefsiz!Get çürü türmede!

    Cavab yaz
  • Anonim
    Azər · 20 Aprel 17:0320

    Elə yaxşı kişiydin arvadını qoruyardin eclaf

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.