Ölkə

Bakı-2017: Azərbaycanın ağır atleti - Hazıram! - VİDEO

20 Aprel 2017 13:40
Baxış: 721

Azərbaycanın ağır atleti Əfqan Bayramov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Avropa çempionu (2012-ci il), Azərbaycanı 2008 və 2012-ci illərdə Yay Olimpiya Oyunlarında təmsil edən, eləcə də 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan idmançımız deyib:

"Hər bir zirvə fəth istəyir. Mənim üçün idman bir fəlsəfədir. O fəlsəfəni dərk edirəm və çalışıram ki, bayrağım hər zaman zirvədə ucalsın. Hazıram deməkdən qorxmuram. Hazıram!"

Qeyd edək ki, 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 21 idman növü üzrə 57 dövlətdən 6 minə yaxın idmançı mübarizə aparacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Bakı-2017: Azərbaycanın ağır atleti - Hazıram!

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.