Ölkə

Azərbaycanın ən yaşlı bəy və gəlinləri - Onların sayı açıqlandı

19 Aprel 2017 18:18
17 Şərh     Baxış: 2 268

Azərbaycanda 50 yaşdan sonra nikaha daxil olan vətəndaşların sayı açıqlanıb.

Milli.Az xəbər verir ki, Ədliyyə Nazirliyindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il ərzində yaşı 50-ni keçən 1700 kişi, 779 qadın rəsmi nikaha daxil olub.

Ümumilikdə isə bu yaş həddində evlənənlərin sayı ötən il 2479 olub.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, 2016-cı ilin 4 ayı ərzində kişilərdə 60 yaşdan yuxarı 128 nikah, 70 yaşdan yuxarı 38 nikah, 80 yaşdan yuxarı 11 nikah qeydə alınıb. 

Məlumata görə, ötən ilin ilk dörd ayında qadınlar arasında 60 yaşdan yuxarı 21, 70 yaşdan yuxarı isə 5 nikah qeydə alınıb, - deyə Ədliyyə Nazirliyinin rəsmisi bildirib.

Qeyd edək ki, 2015-ci ilin statistikasına əsasən, Azərbaycanda nikaha daxil olan ən yaşlı kişinin 81 (Qubadlı rayonu), ən yaşlı qadının isə 68 yaşı (Siyəzən rayonu) olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

17 Şərh:

  • Anonim
    anonim · 19 Aprel 18:4900

    sizdən bir söz soruşum ama səmimi olun mənim 26 yaşım var sevdiyim kişinin isə 55 yaşı var sizcə mən nə edim

    Cavab yaz
    • Anonim
      Ilham · 19 Aprel 20:3600

      Hes zad,eyer sevirsense,ele sevmeyede davam et.Allah bext versin.

      Cavab yaz
    • Anonim
      anonim ə · 19 Aprel 20:3920

      Cox ğözəl.55 yaşlı kisi,ğeridə qalan,5-10 ili kef eliyər,sonrada qalarsan düzənliyin ortasinda.

      Cavab yaz
    • Anonim
      ? · 20 Aprel 01:3400

      Anonim, meslehet deyil. Tecili ayrilin. Özünüzə bab biriyle aile heyatinizj qurun. Sonunuz peşmançılıqdir

      Cavab yaz
  • Anonim
    Ilham · 19 Aprel 18:5210

    Vay,779 qadini,1700 kisi alib?biyabirciliq!yene bir eksi olmus olsaydi,teheri vardi.Vay vay.

    Cavab yaz
    • Anonim
      Tovuzlu E · 19 Aprel 20:5510

      İlham bəy yanlış anlamısız) 1700 kişi 779 qadınla ailə qurmayıb

      Cavab yaz
      • Anonim
        Ilham · 19 Aprel 21:1410

        Bes nece?ele yaziblarda.Allah Allah,,

        Cavab yaz
        • Anonim
          Tovuzlu E · 19 Aprel 21:3010

          Niyə əsəbləşirsiz ki Elə fərz edək ki 1700 kişinin 779 u 779 qadınla ailə qurub Yerdə qalan 921 kişi yaşı 50 dən az olan qadınla ailə qurub Diqqətlə oxuyun özünüz başa düşəcəksiz

          Cavab yaz
          • Anonim
            Ilham · 19 Aprel 21:4110

            Menim cox fikirlesmekle hec aram yoxdu.Neyse birde bunumu dert edeceyik ozumuze.Getdik dalsi))))

            Cavab yaz
  • Anonim
    Gün · 19 Aprel 19:2100

    Qocalar evlənmək istəyir deyəndə mənə gülməli gəlirdi elə bilirdim lağ edirlər lap həqiqət imiş

    Cavab yaz
  • Anonim
    İlham a · 19 Aprel 21:5300

    Axşamin xeyir olsun İlham bey necesiz.Siz nece baxirsiz qocala cavan xanimin evlenmesine amma semimi cavab gozluyurem .Zarafat yana eleme

    Cavab yaz
    • Anonim
      Ilham · 19 Aprel 22:0600

      Ne deyim,mennen sonra serh yazan insanin serhiyle razilasmaq olar.55 yas deyende,sizin yazdiginiz hemin serh ozu,Vallah mene ele gelir zarafatdi))))

      Cavab yaz
    • Anonim
      İlham a · 19 Aprel 22:1500

      Men 55 yazmamişam başqa şerhci yazib.Qoy men deyim bey xanimdan uzagi 10 yaş boyuk olar

      Cavab yaz
      • Anonim
        Ilham · 19 Aprel 22:3200

        Bes xanim beyden,nece yas boyuk ola biler?

        Cavab yaz
  • Anonim
    İlham a · 19 Aprel 22:4600

    Bax menim fikirme gore şexsi fikirimdi xanim beyden boyuk ola bilmez men mumkin deyil .Bey boyuk olar 10 yaş .Eger xanim beyden boyuk olsa o evde bes kimin sozu kecer ??

    Cavab yaz
    • Anonim
      Ilham · 19 Aprel 23:1410

      Tebii ki,xanimin.Xanim agilli soz demekde olsunda,problem yoxdu))))kecsin xanimin sozu.Ey xanim.Ele agilli basli qadinlar varki,insanliq orneyi.Meselen;menim anam.Qurban olaram ona.Tullanmis dirnagina deyismerem kimseni.

      Cavab yaz
    • Anonim
      İlham a · 19 Aprel 23:2721

      Allah can sagligi versin butun analarmiza seninde anan onlarin icinde.Cox şey anladim şerhinden

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.