Ölkə

14 şirkətə lisenziya verildi

19 Aprel 2017 13:05
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Televiziya və Radio Şurası (MTRŞ) olaraq IP televiziyaların (IPTV) inkişafında maraqlıyıq. Çünki bu, yeni bir sahədir. Ötən il MTRŞ tərəfindən 14 IP televiziyaya lisenziya verilib və bu proses davam edəcək.

Milli.Az xəbər verir ki, bunu APA-ya MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.
 
O bildirib ki, IP televiziya fəaliyyəti ilə bağlı lisenziya almaq üçün MTRŞ-ya müraciətlər var: "Üç, dörd şirkətin müraciətindən sonra sədrin qərarı ilə Şuranın iclası keçirilir. İclasda üzvlər tərəfindən kollegial qaydada IP televiziya fəaliyyətinə görə lisenziyanın verilməsi barədə qərar qəbul edilir".
 
Şöbə müdirinin sözlərinə görə, IP televiziya üçün lisenziya verilməsi ilə bağlı sənədlərin siyahısı azaldılıb: "Çox sadə şəkildə, beş-altı sənəd təqdim etməklə, IP televiziyaya lisenziya verilir. Kim IP televiziya fəaliyyəti ilə məşğul olmaq istəyirsə, lisenziya almaq üçün mütləq şəkildə Milli Televiziya və Radio Şurasına müraciət etməlidir".
 
N.Cavadov qeyd edib ki, İP televiziya üçün lisenziya rüsumunun məbləği 1500 manatdır və qanunvericiliyə görə lisenziyalar müddətsiz verilir.
 
Qeyd edək ki, MTRŞ "Qaraxan" MTK, "Metronet" MTK, Bakıxanov MK MMC və "Aytac" MTK-nın lisenziya olmadan, qeyri-qanuni İP televiziya fəaliyyəti göstərdiyini açıqlayıb.
 
Xatırladaq ki, İP televiziya internet yayım üsulu ilə kabel şəbəkəsi yayımı fəaliyyətidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.