Ölkə

Sürücülərə əzab verən yolla bağlı YENİ XƏBƏR - FOTO

19 Aprel 2017 12:51
0 Şərh     Baxış: 711

Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunda aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən əmlumata görə, yolun uzun müddət təmir edilməməsi səbəbindən asfalt-beton örtükdə dağılmış və qabarmış hissələr yaranmışdı. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşdirirdi. Artıq bu problemlər yolun yenidən qurulması ilə aradan qaldırılır.

Qeyd edək ki, Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7,2 km-dir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilib və 10 m enində yeni torpaq yatağı inşa olunub. Daha sonra isə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yeni yol əsasının tikintisi işləri aparılıb.

Hazırda yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 50 min m2 ərazinin asfaltlanması planlaşdırılır.

Layihəyə uyğun olaraq yolun hərəkət hissəsinin eni bərkidici zolaqlarla birgə 7 m təşkil edir. Hər bir istiqamət üzrə 1,5 m enində çiyinlərin tikintisi işləri də görülüb. Bundan başqa yolun 1,6-2-ci km-lik hissəsində 450 m uzunluğunda istinad divarları inşa olunub.

Yolun altından suların ötürülməsi üçün 3 yerdə 1200 mm diametrində borulardan istifadə edilməklə və ümumi uzunluğu 36 m olan dəmir-beton su keçidlərinin, həmçinin 2 yerdə 500 mm diametrində dəmir borulardan istifadə edilməklə suötürücü boruların tikintisi işləri də aparılıb.

Yolda tikinti işləri tam olaraq bitdikdən sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün piyada zolaqlarının, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Yolun tikintisi tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.

Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 2 yaşayış məntəqəsinin 47 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq. Bundan başqa Qobu qəsəbəsində məcburi köçkünlər üçün yeni salınacaq şəhərcikdən yola birbaşa çıxış təmin olunacaq.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.