Məhkumluq həyatı yaşamış qadın növbəti dəfə cinayət törədib.
Milli.Az DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aprelin 17-də Bakı şəhər sakini Günel Hacıyevanın çantasından 600 manat pul oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova tutulub.
Aparılan tədbirlərlə onun rayon ərazisindəki gözəllik salonlarından birindən 470 manat pul oğurlaması da müəyyən edilib.
Milli.Az