Ölkə

Sumqayıtda yanğın olub - 20 sakin təxliyə edilib - YENİLƏNİB - VİDEO - FOTO

19 Aprel 2017 13:40
0 Şərh     Baxış: 1 223

13:40

Sumqayıtda ev yanıb.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda 20 saylı beşmərtəbəli yaşayış binasındakı məzildə qeydə alınıb.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar binanın sakinləri təxliyyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faiq Məmmədov - ev sahibi: "Hadisə birdən-birə baş verib. Qonşular xəbər verdilər bizə. Alovun qarşısını almaq mümkün olmadı. Ona görə də FHN-ə zəng etdilər".

Hadisənin başvermə səbəbləri araşdırılır.

-----------

09:41

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m2 sahədə yanıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Sumqayıtda yanğın olub - 20 sakin təxliyə edilib

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.