Ölkə

Qəbələdə qorxulu torpaq uçqunu: Yol bağlandı - VİDEO - FOTO

18 Aprel 2017 19:11
0 Şərh     Baxış: 1 084

Qəbələdə torpaq uçqunu baş verib.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, uçqun, Şahdağ Milli Parkının Qəbələ bölməsinin Vəndam meşəbəyliyinin 2 saylı dolayında, Qəbələ-Laza avtomobil yolunun 4,4-cü kilometrliyində yolun sol hissəsində baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisəyə səbəb bölgəyə yağan intensiv və güclü yağışlar olub. Dərhal Milli Parkın əməkdaşları hadisə yerinə cəlb olunub və araşdırma aparılıb.

İlkin məlumatlara görə, uçqunun əhatə etdiyi ərazi yoldan 50-60 metr hündürlükdə olmaqla təxminən 4 sota yaxın meşə ilə örtülü olmayan ərazini əhatə edir. Hazırda müvafiq qurumlar tərəfindən yolun bağlanmış hissəsinin açılması məqsədilə təmizləmə işləri aparılır. Əraziyə nəzarət olunması üçün Şahdağ Milli Parkının işçiləri tərəfindən növbətçilik təşkil olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Qəbələdə qorxulu torpaq uçqunu: yol bağlandı

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.