Ölkə

Şagirdi döyən müəllimlə bağlı komissiya yaradıldı - VİDEO

18 Aprel 2017 13:45
11 Şərh     Baxış: 1 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həmin məktəbdəki hadisə ilə bağlı komissiya yaradılıb. Hazırda araşdırmalar gedir. Nəticəsi barədə Təhsil Nazirliyinə və ictimaiyyətə məlumat veriləcək 

Milli.Az xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova rayonun Qalaboynu kəndində müəllimin şagirdləri döyməsi ilə bağlı yayılan videodan danışarkən deyib.

V.Hüseynova bildirib ki, hadisə ilə bağlı bu gün sözügedən məktəbin direktoru onun qəbulunda olub: "Direktor mənə izahat verdi ki, həmin hadisə onların məktəbində olmayıb. Mən də məsələnin müəllimlər və şagirdlər tərəfindən araşdırılması üçün komissiya yaratdım. İndi komissiyanın işinin nəticəsini gözləyirik və bu barədə Təhsil Nazirliyinə də məlumat verəcəyik".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda müəllim şagirdləri uşaqların gözü qarşısında belə döyür

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.