Ölkə

Kənddə çobanlıq edən istedadlı gənc: "Əslində buyam, beləyəm - FOTO- VİDEO

18 Aprel 2017 14:48
4 Şərh     Baxış: 5 058

Qoyun-quzu fonunda mahnı oxuyaraq videosunu sosial şəbəkələrdə paylaşan Pərvin Səfərov haqqında yazılan bəzi yanlış məlumatlara aydınlıq gətirib.

Məndən peşəkar ifa tələb elədilər...

Pərvin Səfərov Milli.Az-a açıqlamasında deyib ki, əvvvəla onun 27 yaşı yox, 31 yaşı var. İkincisi, o, heç zaman "Səs Azərbaycan" musiqi yarışmasında iştirak etməyib: "Düzdür, bir neçə musiqi müsabiqəsinə qatılmışan. Amma "Səs Azərbaycan"da heç vaxt iştirak etməmişəm. Bir dəfə "Tanıdım səni" layihəsi vardı, ora qatılmışdım. Onun formatı elə idi ki, guya istedadları götürürlər. Amma orada mənim səhnədə ilk çıxışım idi. Ona görə də həyəcandan tutuldum, qurudum qaldım. Orada məndən peşəkar ifa tələb edirdilər, ancaq mən peşəkar deyiləm axı. Orada mənim çaşmağım, tutulmağım təbii idi".

El şənliklərində, toylarda oxumuram

Neftçalada çobanlıq edən istedalı gənc qeyd edib ki, hamı tərəfindən maraqla qarşılanan son videosunu paylaşmaqda məqsədi olub: "O videonu da hardasa bir həftə bundan qabaq özüm çəkmişəm. Youtube-a atmışdım onu. Səhəri dostlar zəng elədi ki, camaat sənin videonu paylaşır, hamı səndən danışır. O videonu da paylaşmaqda məqsədim vardı. Çünki bəziləri elə bilirdi ki, müğənniyəm, toylara gedirəm. O videonu paylaşmaqla göstərdim ki, mən, əslində, buyam, beləyəm. Mən rayonda, kəndə də el şənliklərində, toylarda oxumuram. Əsgərlikdən gələndən sonra, yəni 2006-cı ildən sonra bir neçə dəfə olub ki, dost-tanış, qohum-əqrəba dəvət edirdi, gedib elə-belə oxuyurdum. Amma indi yox. İndi ancaq təsərrüfatla məşğulam. Bir də arada fəhlə işləmişəm, traktor da sürmüşəm".

Müğənni-bəstəkar olmaq mənim xəyalım, arzumdur

O, Istagram səhifəsində şəxsi məlumatlar bölümündə müğənni-bəstəkar sözlərinin yazılmasına da aydınlıq gətirib: "Mən müğənni-bəstəkar kimi də fəaliyyət göstərmirəm. Bunu İnstagram-da belə ona görə yazmışam ki, bu, mənim xəyalımdır, arzumdur. Amma bu, o demək deyil ki, mən müğənni və ya bəstəkar kimi fəaliyyət göstərirəm.

Mən hazırda Neftçala rayonunun Qaçaqkənd kəndində yaşayıram. Hazırda da qoyunların yanındayam, onları otarıram. Cəmi 25-30 qoyunum var. Qısası, kəndə təsərrüfatla məşğulam".

Maddi dəstəklə bağlı dedilər sizinlə özümüz əlaqə saxlayacağız, hələ də səs-səmir yoxdur...

Pərvin daha bir maraqlı faktı açıqlayıb. O bildirib ki, ATV-də yayımlanan "Bizimləsən" proqramında çıxışı zamanı bir xanımın studiyaya zəng edərək Pərvinə təhsilini davam etdirməsi məqsədilə onun bütün xərclərini ödəyəcəyi ilə bağlı məsələ, sadəcə, elə söz olaraq da qalıb: "Mən verilişdən sonra bununla maraqlandım. Verilişin prodüseri Faiqlə əlaqə saxladım. O da dedi ki, sizinlə özümüz əlaqə saxlayacağıq. Amma daha sonra heç bir səs-səmir çıxmadı, xəbər olmadı. Mən də düşündüm, yəqin veriliş xatirinə qurulmuş bir şou idi. Real olsaydı, ortaya nəsə çıxardı".

Teymur Əmraha zəng eləmişdim, amma...

O, vaxtilə əməkdar artist Teymur Əmrahdan dəstək gözlədiyini, lakin daha sonra onunla görüşünün alınmadığını da deyib: "Teymur Əmraha özüm zəng vurmuşdum. Çünki dost-tanış mənə təklif elədilər ki, onun yanına get, bəlkə dəstək oldu. 2008-ci ildə ona zəng elədim. O vaxt yolda fəhlə işləyirdim. Danışdıq. Dedi ki, gələrsən, baxarıq. Amma konkret demədi ki, sənə dəstək olacam. Sadəcə, dedi ki, gəl, konservatoriyada görüşək, baxaq. Onun mənə dəstək olacağı 100 faiz deyildi. Amma elə oldu ki, mən gedə bilmədim. Daha sonra "Tanıdım səni"dən əvvəl də onunla əlaqə saxladım. Dedi ki, daha konservatoriyada işləmirəm, ora ilə əlaqəm yoxdur. Ona görə də belə də qaldı...".

Pünhan Mirzə
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Neftçalada çobanlıq edən istedadlı gənc

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    aa · 18 Aprel 15:0070

    Səs imkanları geniş, doğal və məlahətli olduğu üçün çox layiqli bir müğənni ola bilər. Amma təhsil və maddi dəstək lazımdır. İncəsənətə qiymət verməyi bacaran bir iş adamı və akademik təhsilli peşəkar müğənni onunla işləsə çox yaxşı olar - həm talehi dəyişər, həm də cəmiyyət udar.

    Cavab yaz
  • Anonim
    111 · 18 Aprel 15:2040

    MashAllah !

    Cavab yaz
  • Anonim
    shahmurad · 18 Aprel 16:3720

    Sağlam həyat sürür vallah..!

    Cavab yaz
  • Anonim
    Akif · 19 Aprel 12:5810

    Qız olsaydı tez "sponsorlug" edərdilər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.