Ölkə

Facebook-a girənlərə avara deyən deputat cəzalandırılacaq?

18 Aprel 2017 13:26
3 Şərh     Baxış: 1 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadənin ötən gün verdiyi müsahibədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. 
 
Partiya sədri onu sosial şəbəkələrdə tənqid edənlərlə bağlı verilən suala cavab verib.
 
Deputat cavabında Facebook-a girənləri avara adlandırıb: "Orada hər yoldan keçən ağzına gələni yazır və mənim də vaxtım yoxdur, elə şeylərlə məşğul olum. Kim kimin haqqında nə yazdı, nə dedi, məni maraqlandırmır. Hər şüursuz adamın yazdığını oxumaq fikrində deyiləm. Çünki Feysbuk-da olanların hamısı avara, işsiz-gücsüz adamlardır".
 
Bəs hazırda ölkəmizdə iki milyon istifadəçi sayı olan Facebook-a girənləri təhqir edən deputatı işlətdiyi ifadəyə görə hansı cəza gözləyir? 


 

Milli.Az xəbər verir ki, azxeber.com mövzu ilə bağlı Milli Məclisin intizam komissiyasının sədri Ağacan Abıyevdən münasibət öyrənib. Deputat həmkarının fikirləri ilə tanış olmadığını, ancaq məsələnin araşdırıldıqdan sonra komissiyanın iclasında qaldırıla biləcəyini bildirib:
 
"İlk növbədə, məsələ araşdırılmalıdır. Əgər, həqiqətən, bu cür ifadə işlədilibsə, o zaman məsələ komissiyanın iclasında müzakirəyə çıxarıla bilər". 
 
Komissiya sədri "Azərbaycanda hökumət rəsmilərinin və dövlət adamlarının da Facebook hesabı var, bəs bunu necə qiymətləndirisiniz?" sualını "araşdırdıqdan sonra qərar verəcəyik" cavabı verib. 
 
Qeyd edək ki, Azərbaycanda bir çox millət vəkillərinin, dövlət rəsmilərinin, rəsmi qurumlarının hər birinin Facebook adresi mövcuddur. Facebook-un Azərbaycan dilinə tərcüməsinə 2008-ci ilin yay aylarından başlanılıb. 2009-cu ildən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.