Ölkə

Kimlərin icbari sığorta haqqını dövlət ödəyəcək? - Rəsmi AÇIQLAMA

18 Aprel 2017 13:56
0 Şərh     Baxış: 704

Uşaqların sağlamlığının qorunması dövlətin əsas prioritetlərindən biridir. Yaşı 18-dən aşağı olanların icbari sığorta haqqını dövlət ödəyəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və İT şöbəsinin sektor müdiri Tural Qulu "Sağlam təhsil-sağlam millət: görülən işlər, nailiyyətlər, perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib. 
 
Onun sözlərinə görə, məktəblərdə şagirdlərin tez-tez qarşılaşdığı xəstəliklər var. Bunun qarşısının profilaktik tədbirlərlə alına biləcəyini deyən T. Qulu əlavə edib ki, sağlam siniflər vasitəsilə bu problemlərin qarşısını almaq üçün tədbirlər nəzərdə tutulur: "Misal olaraq, sinif otaqlarında oturacaqların düzgün seçilməsi uşaqların qamətinin düzgün formalaşdırılması üçün önəmlidir. Müəllimlərin bu işə ciddi nəzarəti lazımdır. Vaxtaşırı uşaqların əllərini yuması gigiyenik baxımdan olduqca önəmlidir. Fasilələrdə idman hərəkətləri etmək, yarışlar təşkil etmək, göz əzələlərini inkişaf etdirmək onların qarşılaşdığı xəstəliklərin profilaktikası üçün vacibdir. Sağlam təhsil üçün görüləcək işlər çoxdur. Bu işlərə oturaq həyat tərzinin azaldılması, düzgün və sağlam qidaların təbliği və digərləri aiddir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.