Ölkə

"Gecəni birgə keçirdiyim yaşlı kişini səhər televizorda görəndə şoka düşdüm"

17 Aprel 2017 14:55
28 Şərh     Baxış: 38 478

Milli.Az sputnik-ə istinadən İradə Cəlilin yazısını təqdim edir:

"O dövrün nazirləri, nazir müavinləri ilə də münasibətlərim olub. Amma mən onları sonradan televiziyadan tanımışam"

Onunla gözəllik salonlarının birində tanış olmuşdum. Nə zaman salona getsəm, onu ustanın "əlinin altında" görürdüm. Gah saçını boyadır, gah makiyaj etdirirdi. Üzünün dərisini azca dartdırmışdı. Kiprikləri də qoyma idi - hər dəfə gözlərini yumanda gözləri çətinliklə açılırdı. Qaynaq saçlarını 18-19 yaşlı qızlar kimi yığırdı həmişə. Boynunda kiçik ürək tatuajının içində "S" hərfi yazılmışdı.

Qadını o qədər tez-tez görürdüm ki, bir gün saç ustasından kim olduğunu soruşdum. Pıçıltı ilə dedi ki, müğənnidir. Qadın onunla maraqlandığımı görüb "hə, müğənniyəm" dedi. Beləcə söhbətimiz başladı, telefon nömrəsini də götürdüm, ara-sıra yazışırdıq. Bir gün həyatını yazmağı təklif etdim. Əvvəlcə razılaşmadı. Aradan 3 gün keçəndən sonra özü zəng etdi: "Hər şeyi danışacağam, amma üzümü heç kimə göstərmə". Razılaşdıq, görüşdük...

"Bir gün anladım ki, hamiləyəm..."

Jalə (ad şərtidir - red.) 1978-ci ildə Zaqatalada dünyaya göz açıb. Evin altıncı qızı olan Jalənin 4 yaşı olanda anası dünyasını dəyişib. Altı bacı və bir qardaş atanın ümidinə qalıb. Atası Sahib kişi övladlarına tək baxa bilmədyi üçün, 2-3 il sonra yenidən ailə həyatı qurub. Uşaqların çətin günləri də elə atanın ailə həyatı qurması ilə başlayıb. Qızlar ortada qalıb, uşaq yaşlarından işləməyə başlayıblar. Jalə evin ən kiçiyi olduğu üçün, bacılarının sevimlisi olsa da, bu sevgi ona bəs etməyib. "16 yaşım olanda kəndimizdən Nicat (ad şərtidir - red.) adlı bir oğlanla bir-birimizi sevirdik. Görüşlərimiz axşamlar bağımızda olardı. Ona çox bağlanmışdım. Atam evlənəndən sonra bizə sevgi göstərmirdi. Mənim isə sevgiyə ehtiyacım vardı. Nicat evli idi. Amma mənə söz vermişdi ki, mənimlə evlənəcək. 1996-cı ilin iyun-iyul ayları idi. Nicatla yaşadıqlarım həyatımda ilk dəfə olduğu üçün çox şeyi başa da düşmürdüm. Amma bir gün anladım ki, hamiləyəm" - deyir Jalə. Nicat söz verdiyi kimi Jaləni tək buraxmır, onu da götürüb Bakıya gəlir, kirayə ev tutub yaşamağa başlayırlar. Jalənin bir övladı dünyaya gəlir: "Bir gün Nicat evə gəlmədi. Çox narahat olmuşdum. Bütünü gecəni gözlədim, gəlmədi. Hər günüm ağlamaqla keçirdi. Evdə ərzağım da tükənirdi. Övladımı da götürüb rayona qayıtdım. Atam məni yaxın buraxmadı, dedi ki, "gəldiyin yerə qayıt". Elə rayonda eşitdim ki, Nicat ailəsinin yanındadır. Əvvəlcı qızımı aparıb onun qapısına qoymaq istədim. Sonra anladım ki, mənim qızımdan başqa həyatda heç kimim yoxdur. Qızımı da götürüb yenidən Bakıya qayıtdım".

"Elə gün olurdu ki, 400 dollar pul qazanırdım"

Jalənin həyatının ən çətin günləri də elə bundan sonra başlayıb. Təhsili olmayan, heç vaxt, heç bir yerdə çalışmayan Jalə bəzən qızı ilə küçələrdə də gecələməli olub.

Jalə: Gecələr eyni yataqda yatdığım kişilərdən səhər iyrənirdim "

Qızımı qucaqlayıb parkda yatmışdım. Hiss etdim ki, kimsə ayağı ilə məni vurur. Gözümü açanda qarşımda hündürboylu dolu bir qadının dayandığını gördüm. Elə Şəfiqə xanımla tanışlığımız da belə başladı" - danışır Jalə. Həmin qadın onu dostunun restoranında işə düzədir: "Rəqqasəlik edir, qızımı da, özümü də birtəhər saxlayırdım. Artıq gecə məclislərinə, içkiyə o qədər öyrənmişdim ki, içkisiz qala bilmirdim. Bəzən gecələr məndən xoşu gələn kişilərlə əylənməyə də gedirdim. Yaxşı da pul verirdilər. Elə gün olurdu ki, 300-400 dollar pul qazanırdım. Hər səhərim bir kişinin qoynunda açılırdı. İçimdə sevgi adlı bir hiss qalmamışdı. Mənə elə gəlirdi ki, həyat elə budur". "İnsan içki içəndə heç bir qoxunu hiss etmir. Səhər isə bütün qoxuları hiss edirsən. Gecələr eyni yataqda yatdığım kişilərdən səhər iyrənirdim. Qiyməti özüm danışmırdım müştərilərlə. Nə versələr, razılaşırdım. Çünki verdikləri pul məni qane edirdi. Bəzisi 200, bəzisi isə hətta 500 dollar verirdi mənimlə keçirdiyi bir gecə qarşılığında. Gecələr yaşadıqlarımı da xatırlamıram, səhərlər mənə ayrılan pulu da götürüb qızımın yanına gəlirdim. Özümə ev də almışdım. Qızımın dayəsi məni iş qadını kimi tanıyırdı. Evə gəlmədiyim gecələri xaricdən qonaqlarımın gəldiyini düşünürdü" - o, əlavə edir. Jalə danışır ki, o dövrdə dövlət adamlarından da yanına gələnlər olurmuş: "O dövrün nazirləri, nazir müavinləri ilə də münasibətlərim olub. Amma mən onları sonradan televiziyadan tanımışam. Yadıma gəlir, yanıma çox yaşlı bir kişi gəlmişdi. Qocanın "əlindən" heç nə gəlmirdi. Dedi ki, "mənə nəsə hiss yaşada bilsən, sənə 10 min dollar verəcəyəm". Mən də bacardığımı etdim ki, kişi sevinsin. Səhər gedəndə kişinin gözləri gülürdü. Sonra onu televiziyada görəndə, şoka düşdüm - yazıçı imiş. Amma mənə cəmi 500 dollar pul vermişdi" - deyə xatırlayır Jalə.

Həyatını uduzan qadın... "Ən böyük şoku mənə qızım yaşatdı"

Amma onun hər məclisi istədiyi kimi "xoş" keçməyib. Döyüldüyü gecələr də olub: "Bir dəfə müştəri tərəfindən döyülmüşəm. Məni zorla sevmədiyim bir şeyi etməyə məcbur edirdi. İçkili olsam da, ondan iyrənmişdim, dediyini edə bilməzdim. O isə saçımdan tutub zorla məni məcbur etdi. Sonra isə üz-gözümə bir neçə yumruq vurub yatdı. Gecə ilə yanından qaçdım. Amma evə gedə bilməzdim, hotellərdən birinə gedib, gecəni qaldım, səhər özümü səliqəyə salandan sonra qızımın yanına gəldim". "Qızım artıq 6-ci sinifdə oxuyurdu. Onu təmiz böyütdüyüm üçün sevinirdim. Özümə söz vermişdim ki, nə olursa olsun, qızımı bu yoldan qoruyacağam" - müsahibimiz bildirir. Gecə görüşlərinin birində Jalənin həyatı dəyişir. Müştərilərindən birinə vurulur və onlar arasında sevgi yaranır. Jalə 2-3 il həmin kişi ilə sevgi münasibətində olur: "İş adamı idi. 40 yaşı vardı biz tanış olanda. Elə ilk toxunuşlarından vurulmuşdum İlqara (ad şərtidir - red.). Hər toxunuşu sevgi idi. O da evli idi. Məni sevdiyini deyir, amma vədlər vermirdi".

"Mənə elə bir iftira atdılar ki..."

Artıq Jalə gecələr evdən çıxmır, İlqarı gözləyir: "İlqar evimin də yerini bilirdi, qızımla da tanış etmişdim. Qızım da onu çox istəyirdi. Bir gün İlqar xəstələndi, təcili əməliyyat üçün onu Almaniyaya apardılar. 8 gün sonra ürək çatışmazlığından dünyasını dəyişdi. Hər günüm ağlamaqla keçirdi. Həyatımın ikinci sevgisini də itirmişdim". "Ağlıma da gəlmirdi ki, bundan böyük faciə yaşaya bilərəm. Ən böyük faciəni mənə qızım yaşatdı. İlqarın ölümündən 2 ay sonra qızımın hamilə olduğunu bildim. Döydüm, incitdim, axır ki, kiminlə birlikdə olduğunu öyrənə bildim. Qızımın uşağının atası İlqar idi. Həmin gün göz yaşlarımı sildim və yeni həyata başladım" - həmsöhbətimiz bildirir.

"Həyatımda olan kişilərin hər biri onu sevdiyimi düşünür"

Jalə yenə əvvəlki peşəsi ilə məşğuldur. Amma indi ancaq keçmişdən tanıdığı insanlarla görüşür. Deyir ki, aya 3-4 min manat qazana bilir. Artıq qızının da övladı dünyaya gəlib. "İlqar qızımı aldatmışdı. Onun bu hərəkəti bütün hisslərimi bir anın içində darmadağın etmişdi. Hər gecə bir kişinin qucağında olsam da, İlqardan sonra mən bütün kişilərə nifrət edirəm. Mənə yenə sevgi elan edənlər var. İnanmaq istəyəndə Elvin düşür yadıma. Mənim nəvəm, qızımın oğlu, İlqarın oğlu..." - deyir. O, ölənə qədər bu işlə məşğul olacağını diqqətə çatdırır: "Kişilərə nifrət edirəm. Onlara yalan deməyi sevirəm. Həyatımda olan 5-6 kişinin hər biri ayrılıqda onu sevdiyimi düşünür. Amma mən onların pulundan istifadə edirəm, daha yaxşı yaşamaq üçün..." Jalə hamıya müğənni olduğunu deyib, gecələr bahalı avtomobili ilə qəsəbədən çıxanda hər kəs onun toya getdiyini düşünür. O isə...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

28 Şərh:

  • Anonim
    HHN · 17 Aprel 15:08270

    Deyəsən day yazmağa bir şey yoxdu, oxu-məni qazetlərini koçürürsünüz

    Cavab yaz
  • Anonim
    tarixci · 17 Aprel 15:10171

    Bu qadin ilk yanlisini ta 16 yasinda etmis.sonra da o yanlisini qorumaq ucun ust uste yanliwlar etmis.bataqliga bir duwdunmu..cixmasi cox cetin..

    Cavab yaz
  • Anonim
    55 · 17 Aprel 15:13110

    bilmirəm nədənsə qadına həm yazığım gəldi həmdə nifrət elədim.

    Cavab yaz
  • Anonim
    h · 17 Aprel 15:13260

    Heyatda ezablar gormek exlaqivi 1 qepiklik elemek ucun sebeb deyil..yolu supuren qadinlarimiz var onlarin qeyreti nin 1 qrami yoxdu sende...indi neyliyek sene haqqmi qazandiraq????

    Cavab yaz
  • Anonim
    . · 17 Aprel 15:1701

    .

    Cavab yaz
  • Anonim
    DS# · 17 Aprel 15:24181

    Bu nə yazıdır??? Yazıchı da deyil! Bunu yazan(!) nə təblig edir gənclərə, yeniyetmələrə? Asan qazanc yolu??((( İnşaAllah bunu oxuyan bəzi xəyalpərəst qızlar özlərinə belə imkanlı( : -( ) gələcək arzulamazlar! ALLAH bütün övladları pis yollardan chəkindirsin ki, gələcəyimiz işıqlı olsun! AMİN! Ümid edirəm.

    Cavab yaz
  • Anonim
    CEZA · 17 Aprel 15:2680

    ALLAH HECBIR XANIMA BELE HEYAT QISMET ETMESIN ALLAH HER QADINA HER KIWIYE NAMUSLU BIR OMUR YOLDAWI HEYAT YOLDAWI QISMET ELESIN CETINDI HEYAT BIR OQLAN OLARAQ BUTUN XANIMLARA TEMIZ SEVGI DILEYIREM SIZE TEKCE TEMIZ HISSLER YARAWIR ALLAH YAXSILARI QORUSUN

    Cavab yaz
  • Anonim
    Gul. · 17 Aprel 15:32150

    Heyatdı kımın basına ne ıs gelecek onu Allahdan basqa heckım bılmez ama ınsanın ozundede olmalıdı 1cı sehvı edıb hamıle qalıb sonrada terk edılıb bu hec ama ovladını dusunen ana ozunu cırkabın ıcıne atmaz gedıb salamat ısde ısleyıb qızını boyude bılerdı,he ola bıler her ıstedıyını ala bılmez ama namusuynan usaq boyudeydı usaqda normal terbıye alardı,deyır ovladım zerbe vurdu sen ona zerbe vurmusankı musterını eve getırıb korpenın heyatını mehv elemısen.cox eseblesdım xahıs edırem bucur xeberler vermıyın

    Cavab yaz
    • Anonim
      Roma Sheki · 17 Aprel 15:4710

      Dogru

      Cavab yaz
  • Anonim
    salman · 17 Aprel 15:3270

    ÜMUMİLƏŞDİRİLMİŞ GOP NAVELLA..

    Cavab yaz
  • Anonim
    Roma Sheki · 17 Aprel 15:3421

    Vay vay Allah qorusun dogmalarimizi bele iwlerden..

    Cavab yaz
  • Anonim
    N · 17 Aprel 15:3700

    Bu qadinin düşdüyü yola nâ deyârlâ. O yolun yolçusu.

    Cavab yaz
  • Anonim
    Lmn · 17 Aprel 15:3810

    Bu nağılı?

    Cavab yaz
    • Anonim
      anar · 17 Aprel 23:2330

      yalan temadi..indi ......pul verene pis baxirlar..kimdi buna pul veren

      Cavab yaz
  • Anonim
    Aghayev · 17 Aprel 15:4010

    Allah hidayet elesin.

    Cavab yaz
  • Anonim
    Urek · 17 Aprel 16:3410

    Niye menim werhimi vermediz.birde bu saytada girmeyeceyem.Cox saq olun

    Cavab yaz
  • Anonim
    Sevg · 17 Aprel 16:5221

    Yazığım gəldi qızına bircə.Evli kişilərlə yatıb qalxanlar bunu düşünməlidi betər olun yox ailəsin qoyub gəlib sənlə qalasıydı bəlkə HAlVA

    Cavab yaz
  • Anonim
    Marleone · 17 Aprel 17:5010

    İnsan səhvlərini yaşayır bu dünyada.Hər şeyində ən birincisi çətin olur.Sonra öyrəşir..

    Cavab yaz
  • Anonim
    asi · 17 Aprel 18:4040

    Qadını faişə edən də kişilərdir, evdar edən də...

    Cavab yaz
  • Anonim
    gulnara · 17 Aprel 18:5940

    о vaxт is тapmaq cоx asan idi,bele ceтinliklerle uzlessende,оzun aуaqa durmaqi bacara bilerdin,о qeder ceтin gunlere dusen qadinlar,gelinler namusu ile seher isleуib,axsamlar qiуabi оxuуblar,ele-ele ev уiуesi оlublar,1 fexrle nazir,nazir muavinlerini,pullarinin mebleqini deуib ki,sanki уaxsi emellerinden danisib,sen asan уоlu secmisen ve sene bu xоs оlub

    Cavab yaz
  • Anonim
    Sevg · 17 Aprel 22:1050

    Namusu bəyəm kişiyə görə saxlıyırlar???

    Cavab yaz
  • Anonim
    Alis · 17 Aprel 22:4750

    Sehvi birinci evli kisiynan gezanda edib.heyatinin nizzami pozulub .Ondan sonra sehvler dal ba dal gelib.Bassiz qadin olmaq cetindi.

    Cavab yaz
  • Anonim
    seva · 17 Aprel 23:3410

    Ana gəzən ağacı bala budaq-budaq gəzər deyiblər

    Cavab yaz
  • Anonim
    *555* · 17 Aprel 23:4200

    birinci sefi o olub ki evli kisiyle yatib durub bilmirdi evlidi haq olur belelerine kimki evli kisileri qadinlari yoldan cixarir alesin dagidir allah cezasin versin belasin versin

    Cavab yaz
  • Anonim
    / · 18 Aprel 00:5520

    Allah pis emelden,gunahdan yari yolda tovbe edib qayidani baqiwlayir.Eqer bu isteseydi,Allahdan qorxsaydi ve yaxud nurdarciliqdan utansaydi ,bu yoldan donerdi.demek caninda ve qaninda olan budur,niyyetin hara ,menzilin ora.Ne olsa da buna yaziq deyib acimaq olmaz,nifret olunmali adamdi

    Cavab yaz
  • Anonim
    azerbaycanli qadin · 18 Aprel 10:2131

    Her qarsina cixan erkek Kishi deyil, bunu unutma!

    Cavab yaz
  • Anonim
    ... · 18 Aprel 11:0720

    qazandigi pullarida yazib basqalarinda maraq oyatmasaniz yaxsi olardi.

    Cavab yaz
  • Anonim
    Saf · 19 Aprel 23:0300

    Men bu jurmaliste ,bunu yazana iradlm var ,o bu musabiqeni almaqla bezi qlzlarl daha da pis yola heveslendirir Onlar fikirlesecek ki ,bu ne yaxsl bir ,,senetdir ,,ki aya bu qeder pul qazanmaq olar ,evli esikli olmaq olar ,Bunu men bilmirem ki ne meqsedle bele yazlb

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.