Ölkə

Tanınmış balaban ifaçısı dünyasını dəyişdi - FOTO

17 Aprel 2017 09:40
1 Şərh     Baxış: 5 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın əməkdar mədəniyyət işçisi, balaban ifaçısı Elxan Məmmədov vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, 67 yaşlı sənətkar uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Ötən gün səhər saatlarında dünyasını dəyişən balabançı doğulduğu Goranboy rayonunun Balakürd kəndində torpağa tapşırılıb.

Qədim musiqi alətinin mahir ifaçısı olan E.Məmmədov gənc yaşlarında aşıq Şəmşir, aşıq Murad Niyazlı, aşıq Cahad və digər tanınmış saz ifaçılarını müşayiət edib. Azərbaycan Aşıqlar Birliyinin üzvü olan Elxan Məmmədovun adına İranda balaban məktəbi fəaliyyət göstərir. Musiqiçinin qonşu ölkədə yüzlərlə tələbəsi var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.