Ölkə

Azərbaycanda 3 kəndi QORXUYA SALAN KÖRPÜ - VİDEO - FOTO

13 Aprel 2017 19:24
0 Şərh     Baxış: 2 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayonunda 3 kəndi birləşdirən körpü artıq keçilməz vəziyyətdədir.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, 1 ilə yaxındır ki, daşqınlar nəticəsində yararsız hala düşən körpü hələ də təmir olunacağı günü gözləyir. Sakinlərsə, hər gün canlarını təhlükəyə ataraq həmin körpdən keçməli olurlar. Avtomobillər isə çayın içindən keçərək mənzil başına çatmağa çalışırlar. Əgər suya batmasalar... Körpünün indiyə qədər bərpa olunmamasının səbəblərini Leyla Nadirqızı araşdırıb.

İsmayıllının Qarakolluq kəndindən keçən Dəvəbatan çayı üzərindəki körpü qəzalı vəziyyətdədir. Qarakolluq, Yenikənd və Şükürçü kəndlərini birləşdirən körpünü 2016-cı ilin iyun ayında baş verən güclü yağıntılar və sel yararsız hala salıb. Bununla belə təhlükəli körpüdən insanlar istifadə etmək məcburiyyətindədirlər.

Alternativ yoldan istifadə edənlərsə axar çaydan ehtiyyat edirlər. Çay yük avtomobillərinə problem yaratmasa da, kiçik avtomobillərin bəzən suda batıb qalmasına səbəb olur. Sakinlər körpünün yararsız vəziyyətdə olması ilə bağlı aidiyyatı orqanlara müraciət etsələr də, müraciətləri nəticəsiz qalıb. Məsələ ilə bağlı kənd bələdiyyəsindən isə körpünün yenidən bərpası istiqamətində iş aparıldığı bildirilib.

Artıq layihənin ilkin smetası da hazırlanıb. Vəsait ayrıldıqdan sonra işlərə başlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Buradan keçmək cəsarət istəyir - 3 kəndi qorxudan körpü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.