Ölkə

Kürdəmirdə küçələr suyun altında qaldı - FOTO

10 Aprel 2017 14:24
2 Şərh     Baxış: 1 291

Kürdəmir rayonunda güclü yaşış fəsadlar törədib.

Milli.Az report-a istinadən xəbər verir ki, yağış və sel suları küçə və həyətləri su altında qoyub. Ötən gün axşam saatlarından başlayan yağış bu gün səhər saatlarına qədər davam edib. Yağan güclü yağışdan sonra bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini və küçələri su basıb.

Aramsız yağışlar nəticəsində əmələ gələn sel suları Kürdəmir şəhərinin Bakı prospekti, Məhəmməd Hadi və Azərbaycan küçələrində gölməçələr əmələ gətirib. Rayon mərkəzində sel suları yolları keçilməz hala salıb. Həyətlərə yığılan suyun hündürlüyü 15 santimetrə qədər qalxıb. 

Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri yağış suları dolan yerlərdə və həyətlərdə olublar. 

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tacəddin Novruzov report-a bildirib ki, su altında qalan küçələrə su nasosları və texnika cəlb olunub.

Hazırda komissiya küçələrə baxış keçirir. Günün sonuna qədər həmin küçələrdə hərəkət tamamilə bərpa olunacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    gunel · 10 Aprel 17:5410

    azerbaycanin en istit en quraq rayqonlarinan biridi kurdemir.

    Cavab yaz
  • Anonim
    N · 10 Aprel 23:5800

    .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.