Ölkə

Dənizdən tapılan meyitin kimliyi bəli oldu - Neftçidir

10 Aprel 2017 12:01
2 Şərh     Baxış: 1 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 9-u Xəzərdə tapılan kişi meyitinin kimə aid olduğu təxmini müəyyənləşdirilib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən lent.az-a bildirilib ki, həmin kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən Bəhrəmov Cavidə məxsus olduğu təxmin edilir.
 
Bildirilib ki, qohumları tərəfindən təxmini tanınan meyitin nümunələri genetik ekspertizaya göndərilib və dəqiq nəticə bundan sonra bilinəcək. Ondan sonra meyit ailəsinə təhvil veriləcək.
 
Qeyd edək ki, C. Bəhrəmov operator vəzifəsində çalışırdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.