Ölkə

"BakuBus"dan növbəti təqdirəlayiq addım - FOTO

4 Aprel 2017 10:24
0 Şərh     Baxış: 2 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gün gələcək "BakuBus" avtobuslarının monitorlarında Şuşa qalasında dalğalanan üçrəngli bayrağımızın şəkillərini görəcəyik".

"BakuBus" MMC aprel döyüşləri ilə bağlı vətənpərvərlik baxımından təqdirəlayiq addım addım atıb. Belə ki, bu günlərdə "BakuBus"a məxsus avtobuslar xəttə Azərbaycan bayraqları ilə çıxır, salonlarındakı monitorlarda isə "Aprel döyüşləri bizim şanlı qələbəmizdir" şüarlı şəkillər nümayiş etdirilir.

Bununla bağlı Milli.Az-a açıqlama verən "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev qeyd edib ki, bu addım insanların diqqətini aprel döyüşlərinin əhəmiyyətinə cəlb etmək və gənc nəsildə vətənpərvərlik duyğularının aşılanması məqsədi ilə atılıb:

"Avtobuslarımızdan hər gün minlərlə sərnişin istifadə edir və təbii olaraq avtobusların salonlarında sosial mühit də formalaşır. Bundan istifadə edərək "BakuBus" mütəmadi olaraq sərnişinlərin təhlükəsizliyi və davranış qaydaları ilə bağlı maarifləndirici tədbirlər həyata keçirir. Eyni zamanda, avtobuslarımızın monitorlarında  mütəmadi olaraq milli-mənəvi dəyərlərimiz və dövlətçilik prinsiplərinə əsaslanan təbliğat xarakterli materiallar da nümayiş etdirilir. Buraya rəsmi dövlət bayramları, əlamətdar günlər və xüsusi əhəmiyyət kəsb edən hadisələrin təbliği daxildir ki, onların içərisində Qarabağ mövzusu xüsusi yer tutur.

Aprel döyüşləri ilə bağlı "BakuBus"ın bütün avtobuslarının monitorlarında 3 gün müddətində xüsusi lövhələr və kənarlarında isə Azərbaycan bayrağının yerləşdirilməsi nəzərdə tutulub. Bu, xüsusilə gənc nəsildə vətənpərvərlik duyğularının aşılanması məqsədi ilə edilir. Biz bununla aprel döyüşlərinin itkiləri və acı tərəfləri ilə yanaşı, onun tarixi əhəmiyyətinə də diqqət çəkirik. Aprel döyüşləri tarixə ordumuzun şanlı qələbəsi kimi həkk olunub. Biz inanırıq ki, bu qələbələr davamlı olacaq və gün gələcək "BakuBus" avtobuslarının monitorlarında Şuşa qalasında dalğalanan üçrəngli bayrağımızın şəkillərini görəcəyik".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.