Ölkə

"Təranə Qumralın avtomobilinə həbs qoyulsun!" - Nazənindən ŞOK TƏLƏB

30 Mart 2017 18:02
54 Şərh     Baxış: 6 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nazənin həmkarı Təranə Qumralın avtomobilinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a Nazəninin vəkili Adəm Məmmədov məlumat verib.
 
Vəkil bildirib ki, Nərimanov rayon icra şöbəsi tərəfindən müğənni Nazənin Salayevaya təzminatın ödənməsi üçün borclu müğənni Təranə Qumrala məxsus avtomobilin üzərinə həbs qoyulması haqqında Nərimanov Rayon Məhkəməsinə təqdimat verilib: "Nərimanov rayon icra şöbəsi 4 aydır hüquqlarını müdafiə etdiyim müğənni Nazənin xanımın və onun həyat yoldaşı Məhəbbət müəllimin Təranə Qumral adlı müğənniyə qarşı mənəvi təzminatın ödənilməsinə dair (3500 manat mənəvi təzminatın ödənilməsi və Təranə Qumralın hüquqlarını müdafiə etdiyim şəxslərdən üzür istəməsi) məhkəmə qətnaməsini icra etmir. Təranə Qumral dövlətin adından çıxarılmış qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, Təranə Qumral bu günlərdə kilosu 720 manat dəyərində alça aldığını mətbuata açıqlayır. Əgər borclu Təranə Qumralın belə maddi imkanı ola-ola pulu ödəmirsə, onun əməlində həm inzibati, həm də cinayət məsuliyyəti var. Nərimanov rayon icra məmurları Təranə Qumralın əmlaklarına həbs qoymaqla tələbin ödənilməsini təmin edə bilərlər. Onun aldığı və kilosu 720 manat dəyərində olan alçanın üzərinə də həbs qoyula bilərdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.